SON DƏQİQƏ

PressDent.Info

Keçmiş nazir məhkəmədə: Yuxarı yanlış məlumat ötürülüb

Keçmiş nazir məhkəmədə: Yuxarı yanlış məlumat ötürülüb
2-08-2016, 21:13 29406 dəfə baxılıb

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Naxçıvan Apellyasiya Məhkəməsi keçmiş nazirin şikayətini təmin etməyib.

Bu barədə Azadlıq Radiosuna onun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil deyib ki, Vəli Ələsgərova ittihamların əsassızlığını təsdiqləyən yetərincə sübut ortaya qoysalar da, məhkəmə onları nəzərə almayıb.

Müdafiəçinin sözlərinə görə, Vəli Ələsgərovun özü də məhkəmədəki çıxışında bəraət istəyib:

“Bildirdi ki, ona elan olunmuş ittihamlar da, barəsində çıxarılan hökm də əsassızdır. Sadəcə, müəyyən qüvvələr yuxarı dairələrə yanlış məlumatlar ötürməklə, onun həbsinə və barəsində əsassız hökmün çıxarılmasına nail olublar”.

Vüqar Xasayev əlavə edib ki, apellyasiya məhkəməsinin qərarını alandan sonra Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Vəli Ələsgərov 15 il Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib. O, ötən ilin dekabrında vəzifədən çıxarılıb, bu ilin martındasa həbs olunub. Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən Vəli Ələsgərov Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ