SON DƏQİQƏ

PressDent.Info

AXCP ANS-in bağlanmasına qarşı

AXCP ANS-in bağlanmasına qarşı
19-07-2016, 22:48 26100 dəfə baxılıb

AXCP ANS-in bağlanmasını pisləyib. Partiyanın mövqeyini onun sədri Əli Kərimli bəyan edib. AXCP lideri feysbuk səhifəsində açıqlama yayıb ki, hakimiyyətin xeyrinə birtərəfli fəaliyyətinə görə telekanaldan narazı olsalar da, onun elan edilən səbəblə qapadılmasını yolverilməz sayırlar.

“ANS-in bağlanmasını qəti şəkildə pisləyirəm. Bu kanalın terrorizmi təbliğ etməsi ittihamını absurd sayıram.

Fətullah Gülənlə müsahibə olmasını istəmirsiniz? Deyin, etməsinlər. ANS nə zaman sizin bir süzünüzü iki elədi ki? Bu televiziyadan hər zaman bizlər narazı olmuşuq. Açıq-aşkar hakimiyyətə xidmət etdiyinə, əksər həqiqətləri görmədiyinə, müstəqil və müxalif fikrə efir vermədiyinə görə. Amma yenə də biz onun bağlanmasına qarşıyıq. Çünki biz mətbuat orqanlarının qapadılmasına və jurnalistlərin həbsinə prinsip olaraq qarşıyıq.

Yeri gəlmişkən, ANS-ə qəzəbi soyumayan dostlara demək istəyirəm ki, onu hələ rejimə bu qədər xidmət etdiyi halda bağladılarsa, deməli, azacıq müstəqillik etmiş olsaydı, çoxdan bağlamışdılar və artıq bu kanal unudulmuşdu da. Bu qədər xidmət və manevr də ANS-i xilas edə bilmədi. Çünki ailə hakimiyyəti ona məxsus olmayan bir telekanalın varlığına dözə bilmir”, – deyə Ə.Kərimli bəyan edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ