SON DƏQİQƏ

PressDent.Info

Cəbhəçi gənc yoxa çıxıb

Cəbhəçi gənc yoxa çıxıb
30-06-2016, 18:42 31233 dəfə baxılıb

AXCP Nəsimi rayon şöbəsinin üzvü Xəqani Nəsirov təxminən bir həftədir ki, yoxa çıxıb. Bu haqda “Azadlıq”a partiyanın Nəsimi rayon şöbəsindən məlumat verilib. Bu müddət ərzində gəncin harada olması haqda məlumat almaq mümkün olmasa da, AXCP fəallarının hökumət tərəfindən ələ keçirilmiş facebook hesablarından yayılan şəkillər, onu deməyə əsas verir ki, Xəqani Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb. Yayılan şəkillərdə, gəncin, təmizlik işləri ilə məşğul olduğu əks olunub. Onun Binəqədidə yerləşən müvəqqəti saxlama təcridxanasında saxlandığı ehtimal olunur.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmadı.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ