SON DƏQİQƏ

PressDent.Info

FƏVVARƏLƏR MEYDANINDA ETİRAZ AKSİYASI - “Qazimiz ölməsin, vətən morqa dönməsin”- FOTOLAR

FƏVVARƏLƏR MEYDANINDA ETİRAZ AKSİYASI - “Qazimiz ölməsin, vətən morqa dönməsin”- FOTOLAR
29-12-2013, 16:58 14442 dəfə baxılıb

Bir qrup gəncin Qarabağ əlili Zaur Həsənovun ölümünə etiraz aksiyası zamanı 20-yə yaxın saxlanan olub. Bir qədər əvvəl daha 5 nəfər Qarabağ qazisini saxlayıb, polis idarəsinə apardılar. Onların adlarını müəyyənləşdirmək mümkün olmayıb.

Hadisə yerində olan müxbiri xəbər verir ki, hazırda “Fəvvarələr Meydanı”nda sakitlikdir. Ərazidə çox sayda polislər var. Meydana gediş-gəliş məhdudiyyəti aradan qaldırılıb.
Saxlananların hara aparılması barədə hələ ki məlumat yoxdur.

Müsavat Partiyasından verilən məlumata görə aksiyada təşkilatın 10 nəfərə yaxın üzvü saxlanıb. Müsavat Partiyasının üzvləri Cavid Hacıbəyli, Tural Sadıxlı, Balıyev Tanrıverdi, Xəyyam Məmməd. Onlar hazırda Səbayel rayon polis idarəsində saxlanırlar.

Qarabağ qazisi Zaur Həsənovun ölümü ilə bağlı keçirilən etiraz aksiyasında həbs edilənlərdən hələ ki bunları dəqiqləşdirmək olub:
AXCP Gənclər Komitəsindən Bəyim Həsənli, Türkel Azərtürk, Sabir Məmmədov, Bəxtiyar, Emil Səlimov, Kamilla, Toğrul İbrahimli, Orxan Carçı, AXCP fəalı Kəmalə Bənənyarlı, Müsavatçı gənclərdən Balıyev Tanrıverdi, Rüfət Hacıbəyli, siyasi mənsubiyyəti bilinməyən Samir Poladov, Xəyyam Məmmədov.

Son məlumata görə, 10-a yaxın Qarabağ qazisi öz etirazını bildirmək istəyib. Lakin polis onları ərazidən uzaqlaşdırıb.

12yaFəvvarələr Meydanında qazi Zaur Həsənovun ölümünə görə etiraz aksiyası başlayıb. Təxminən saat 15:50-də başlayan aksiyada 100-ə yaxın iştirakçı olub. Əvvəlcə gənclər əllərində plakatlarla meydanda oturublar. Polis onların hərəkətini müşahidə edib. Sonra “Qazimiz ölməsin, vətən morqa dönməsin” şüarı ilə hərəkətə başlanıb. Bu zaman mülki geyimlilər və polislər dərhal hərəkətə keçib. Onlarla saxlanılan var. Saxlanılanlardan AXCP-çi gənclər Bəyim Həsənli, Türkel Azərtürk və gənc fəal Samir Poladovun adını dəqiqləşdirmək mümkün olub. Məlumata görə artıq aksiya başlayıb. Əllərində plakatlar olan gənclər “Fəvvarələr” meydanında oturaraq “Qazimiz ölməsin, vətən morqa dönməsin” şüarları səsləndirirlər. İlk həbslərdən sonra müvəqqəti səngiyən aksiyada ikinci dalğa başlayıb. Polis və mülki geyimlilər yenidən aksiyaçıları dağıdıb, həbslər həyata keçirib. İkinci dalğada həbs edilənlərdən hələ ki, Xəyyam Məmmədov, Orxan Carçı və Toğrul İbrahimin adını dəqiqləşdirmək mümkün olub.

10yaSon məlumata görə, “Fəvvarələr meydanı”na daha dörd maşın polis əməkdaşı gətirilib. Artıq saxlanılanlar var. Onların sırasında gənc fəal Samir Poladov da var. Saxlanılanların hara aparıldıqları hələlik məlum deyil. “Fəvvarələr meydanı”nda yüzlərlə mülki geyimli polis əməkdaşı növbə çəkir.

Qarabağ qazisi Zaur Həsənovun ölümünə etiraz olaraq Bakıda keçiriləcək qanunsuz aksiya ilə əlaqədar polis qüvvələri “Fəvvarələr Meydanı”nı nəzarətə götürüb. Əməkdaşın verdiyi məlumata görə, çoxlu sayda polis avtomobilləri və mülki geyimli şəxslər var. Meydana təzyiqli su vuran maşınlar da gətirilib. Daxili İşlər Nazirliyindən isə bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq. Qeyd edək ki, Qarabağ qazisi Zaur Həsənovun ölümü ilə əlaqədar sosial şəbəkələrdə bu gün saat 16:00-a razılaşdırılmamış aksiya təyin edilib. Həmkarlar İttifaqının sədri Səttar Mehbaliyevin süründürməçiliyi ucbatından özünü yandıran Qarabağ qazisi Zaur Həsənova görə Facebook sosial şəbəkəsində event yaradılıb. “Hamı Meydana” adlı eventdə xalq bu gün saat 16:00-da Fəvvarələr Meydanına mitinqə çağırılır: “Bildiyiniz kimi Qarabağ qazisi bu gün axşam saatların da, dünyasını dəyişdii. Saat 16:00 da Fəvvarələr meydanına”.

628
637
663

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ