SON DƏQİQƏ

PressDent.Info

Əliyev Rəsulun qardaşı təqib olunur...

Əliyev Rəsulun  qardaşı təqib olunur...
23-05-2016, 10:40 38280 dəfə baxılıb

Siyasi təqiblər üzündən ölkəni tərk etmiş müxalifətci gənc Əliyev Rəsulun ailəsi rahat buraxılmır.

Ailəsindən verilən məlumata görə, Əliyev Rəsul “QaynarXəbər” ictimai-siyasi qəzetinin müxbürü vəzifəsində çalışaraq hakimiyyəti tənqidi yazılarla çıxış etdiyinə görə 10.03.2016-cı il tarixdə, Bakı şəhər  BPİ-nin müstəntiqi tərəfindən həbs olunacağı ilə bağlı təhdid olunduğuna görə ona qarşı təqib və təzyiqlər intensiv xarakter aldığına və həbs olunma təhlükəsi ilə üzləşdiyinə görə ölkəni tərk etmək zorunda qalmışdır.

Məlumatlara görə, Rəsul Əliyevə  məlum olmayan cinayət işində təqsirləndirilən şəxs qismində ifadə vermək üçün polis idarəsinə cağırılmışdır, bu çağırışa gəlmədiyinə görə barəsində axtarış elan olunmuşdur.

Daha sonra onun yaşadığı mənzilə dəfələrlə telefon zəngləri edilib, harada olması ilə maraqlanıblar. Nəhayət onun yaşadığı mənzildə qeyri-qanuni axtarışlar aparılıb, Rəsul evdə olmadığına görə valideynləri təhqir və təhdidlərə məruz qalıblar. 

Rəsulun ölkədə olmadığına əmin olan hüquq-mühafizə orqanları bu dəfə onun qardaşını təqibinə başlamışlar.

Ötən gün isə Rəsulun qardaşını bir səbəb olmadan polis əməkdaşları tərəfindən iş yerindən qeyri-qanuni olaraq polis bölmələsinə aparılmış, nalayiq ifadələr işlədərək və təzyiq edərək, orada ondan qardaşı Əliyev Rəsulun harada olması ilə bağlı sorğu-suala tutulmuşdur.

Bir necə saatdan sonra sərbəst buraxılmışdır...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ