SON DƏQİQƏ

PressDent.Info

Məhkəmə gənclərə cəza yağdırdı...

Məhkəmə gənclərə cəza yağdırdı...
30-12-2013, 10:59 14529 dəfə baxılıb

Xəbər verildiyimiz kimi, Qarabağ qazisi Zaur Həsənovun intiharına səbəb olmuş məmur özbaşınalığına etiraz məqsədilə, dünən şəhərin mərkəzində keçirilmiş etiraz aksiyasında iştirak edənlərin bir qismi saxlanılmış, ancaq ertəsi gün saat onda məhkəməyə gəlmiş onlara cinayət işi qaldırılmışdır.
ADP mətbuatının verdiyi məlumata görə,  Adp-çi gənclər Əliyev Rəsul, Əliş Əliyev, Abdulla Abdullayev,  Məhsəti Huseynova və Səadət Huseynova. Müsavatçı gənclər Cavid Hacıbəyli, Tural Sadıqlı, AXCP-çi gənclər Kəmalə Bənəniyarlı, Bəyim Həsənli, Türkel Əlisoy, Orxan Carçı, Orxan Eyyubzadə məhkəmə binasına daxil olublar.
Məhkəmədə onların bir neçəsinə inzibatı həbs, cərimə və xeberdarlıq ediblər. Onların bir neçəsinə 298.2 maddəsi ilə cinayət işi qaldırılıb. "Qazilər ölməsin" aksiyasına qatılanlarn üzərində məhkəmə qurulub; Əliyev Rəsulə 15, Əliş Əliyevə 15, Abdulla Abdullayevə 7,  Cavid Hacıbəyliyə 16, Tural Sabanova 10, Tural Sadıqlıya 17, Orxan Eyyubzadəyə 18, Türkel Əlisoya 15, Orxan Carçıya 16 sutka həbs cəzası; Bəyim Həsənli 400 manat, Kəmalə Bənənyarlı 500 manat cərimə olundu Gənclərdən bir çoxu maddi cərimələrlə cəzalandırılıb. Məhkəmədə yeni həbslərin olması da gözləniləndir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ