SON DƏQİQƏ

PressDent.Info

AXCP gənclərinin Şəki sədri həbs olundu

AXCP gənclərinin Şəki sədri həbs olundu
28-05-2016, 18:21 29754 dəfə baxılıb

AXCP Gənclər Komitəsi Şəki şöbəsinin sədri Samir Həsənənov saxlanılıb. Bu barədə partiyadan məlumat verilib. Məlumata görə, AXCP Şəki şöbəsinin fəalları mayın 28-də Cümhuriyyət Günü ilə əlaqədar şəhərin Şəhidlər Xiyabanını ziyarət edib. Lakin polislər ziyarətə müdaxilə edib və tədbiri pozmağa çalışıb. Samir Həsənov da bu zaman saxlanılıb.

Bundan başqa, AXCP Şəki şöbəsinin sədri İslam Həsənovun kamerasını zorla əlindən alıb, tədbirdən çəkdiyi kadrları siliblər. Yaranan mübahisə zamanı İslam Həsənovun səhhəti pisləşib və onu şəhər xəstəxanasına yerləşdiriblər.

Məsələni diqqətdə saxlamağa çalışacağıq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ