SON DƏQİQƏ

PressDent.Info

Azərbaycan yenə azad mediaya qarşı səs verib

Azərbaycan yenə azad mediaya qarşı səs verib
28-05-2016, 17:56 27753 dəfə baxılıb

Bir qrup ölkə ABŞ-da mənzillənən Jurnalistləri müdafiə Komitəsinə (CPC) BMT akkreditasiyasının verilməsinin qarşısını alıb. Azərbaycan, Rusiya və Pakistan qrupa qarşı səs verən ölkələr sırasındadır.

Mayın 26-da oxşar qeyri-hökumət təşkilatlarına akkreditə verən BMT komitəsində səsvermə keçirilib və 10-6 səs çoxluğuyla CPC-nin konsultativ statusu alınıb. Bu status qrupa açıq görüşlərə və konfranslara, eləcə də Cenevrədə Insan Haqları Şurasının toplantılarda iştirak imkanı verirdi.

“Mətbuat azadlığının pis durumda olduğu bir qrup ölkə bürokratik taktikadan yararlanaraq qüsurlarına işıq salan səyləri sabotac edir və zərbə vurur”, CPC-nin icraçı direktoru Coel Simon deyib.

ABŞ, Israil, Yunanıstan, Qvineya, Mavritaniya və Uruqvay qrupun lehinə səs verib. Əleyhinə səs verənlər sırasında Çin, Cənubi Afrika, Kuba, Nikaraqua, Sudan, Venesuela və Burundi də var.

ABŞ səfiri Samantha Power deyib ki, Birləşmiş Ştatlar komitənin qərarından BMT-nin Iqtisadi və Sosial Şurasına şikayət verəcək.

CPC Azərbaycanda mətbuat azadlığının durumun tənqid edən bəyanatlar, hesabatlar yayır.

Hakimiyyət təmsilçiləri isə ölkədə media azadlığının təmin olunduğunu bildirir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ