SON DƏQİQƏ

PressDent.Info

Müsavatdan ayrılan Tural Abbaslı VAP-a qoşuldu

Müsavatdan ayrılan Tural Abbaslı VAP-a qoşuldu
17-05-2016, 00:36 28014 dəfə baxılıb

"Siyasi hədəflərə malik olan bir birlik siyasi səhnədə tamhüquqlu bir subyekt kimi fəaliyyət göstərmək üçün hansısa partiyada təmsil olunmalıdır".

Bunu "Ağ blok"un həmtəsisçisi, Müsavat Partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.

O bildirib ki, "Ağ blok" isə siyasi partiya yox, seçki bloku kimi yaranıb və fəaliyyət göstərir: "Blokda cəmləşən potensiallı və ambisiyalı gənclər isə daha böyük siyasi hədəflərə malikdirlər. Bütün qeyd olunanları nəzərə alaraq bəyan edirik ki, bu gündən etibarən “Ağ blokun" üzvləri kimi siyasi fəaliyyətimizi 1993-cü ildən fəaliyyətdə olan Vahid Azərbaycan Partiyasının sıralarında davam etdirəcəyik. Əminik ki, bu addım tez bir zamanda Azərbaycan siyasi səhnəsində yeni siyasi gücün meydana çıxmasına səbəb olacaq".

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ