SON DƏQİQƏ

PressDent.Info

Ali Məhkəmədən vicdan məhbusuna absurd cavab

Ali Məhkəmədən vicdan məhbusuna absurd cavab
14-05-2016, 16:10 28188 dəfə baxılıb

Hazırda həbsdə olan Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) “Betta” dəstəsinin keçmiş əməkdaşı, baş leytenant Asif Lətifovun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyevə müraciətinə cavab gəlib. Bu barədə “Azadlıq”a Asif Lətifovun anası Gülnaz Lətifova məlumat verib. Gülnaz Lətifova bildirib ki, DTX müraciəti araşdırılması üçün Ali Məhkəməyə göndərib: “Ali Məhkəmədən isə cavab gəlib ki, daha yuxarı instansiyaya müraciət edin. Başa düşmürük ki, daha yuxarı instansiya deyəndə hara nəzərdə tutulur? Məgər cinayət işlərində Ali Məhkəmədən yuxarı instansiya var? Görünür, işi yenidən araşdırmaq istəmirlər, ona görə də belə absurd cavab verirlər”.

Asif Lətifovun səhhətinə gəlincə, Gülnaz Lətifova bildirib ki, oğlunun səhhəti normaldır. Qeyd edək ki, bir müddət əvvəl Asif Lətifovun səhhətində ciddi problem yaranmışdı. O, qısa müddətdə 25 kiloqram çəki itirmişdi.

Xatırladaq ki, Asif Lətifov 17 il “Betta” dəstəsində xidmət edib. 2011-ci ildə işdən çıxarılıb. Işdən azad edildikdən təqribən bir ay sonra XDMX-nin rəhbəri Vaqif Axundovun qəbulunda olsa da, müsbət heç nə baş verməyib. Asif Lətifov məsələni mətbuat vasitəsilə ictimailəşdirərək xidmət rəhbərliyini tənqidlərə məruz qoyduqdan sonra ona qarşı cinayət işinə start verilib. Öncə ölkə prokurorluğu Asif Lətifova qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz sialh-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. 2013-cü ilin yanvarın 29-da hərbi tribunal Asif Lətivoun 5 il yarım müddətinə azadlqıdan məhrum edilməsi haqda qərar çıxarıb.

Asif Lətifov beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ