SON DƏQİQƏ

PressDent.Info

Dünyanı korrupsionerlərə dar edirlər

Dünyanı korrupsionerlərə dar edirlər
14-05-2016, 16:02 29145 dəfə baxılıb

Bu məngənədə Azərbaycan hökuməti də sıxılacaq

Azərbaycanda avtoritarizmin ömrü çox uzandı. Bu illər ərzində nə qədər insanın həyatı puç oldu, nə qədər arzular beşiyindəcə boğuldu, dövlətin sərvətləri talan edildi və s.  Rejimin ömrünün uzanması çoxlarını mübarizədən soyutdu, çoxları düşərgəsini dəyişdi, çoxları qorxusuna qalib gələ bilmədi. Əlbəttə, bir tərəfdən hökumət, bir tərəfdən bu yorulmuş adamlar “heç nə düzələn deyil”, “belə gəlib, belə də gedəcək” kimi fikirlərlə cəmiyyətdə ruh düşkünlüyü yaratdılar, insanların mübarizə əzmini öldürməyə xidmət etdilər.

Amma uzaqgörən, dünyadakı prosesləri düzgün təhlil edən adamlar demokratiyanın qalib gələcəyini, avtoritarizmin məğlub olacağını israrla söyləyiblər. Eyni zamanda bir qrup mübariz insan da şərlə döyüşü davam etdirib, Azərbaycanın sivil ölkəyə çevriləcəyinə inanıb və bu gün də əminliklə mübarizələrini davam etdirirlər.

Bəs, indi dünyada nə baş verir? Diqqət etsək görərik ki, son 20 ildə dünyada yeni diktaturalar, avtoritar rejimlər yaranmayıb. Əksinə, pis nümunələr azalıb, avtoritar rejimlərdən demokratiya səsi gəlməyə başlayıb. Məsələn, əsrin əvvəlində dünyada cəmi 22 demokratik ölkə var idi, indi isə demokratik ölkələrin sayı çoxalıb və 20-22 avtoritar rejim qalıb. Tendensiya da göstərir ki, zaman avtoritarizmin cazibədarlığını öldürür, demokratiyanı cazibədar edir. Məhz bunun gösətircisidir ki, mütəmadi olaraq avtoritar liderlər beynəlxalq səviyyədə tənqid olunur, belə hökumətlərin korrupsiya cinayətləri üzə çıxarılır və dünyaya pis nümunə kimi göstərilir.

Bugünlərdə baş verən bir hadisə də onu göstərir ki, korrupsionerlərin, avtoritarların məkanı daralır, belə sistemlərə qarşı heç bir güzəştdən söhbət gedə bilməz. Belə ki, bugünlərdə Londonda keçirilən antikorrupsiya sammitində korrupsiyaya qarşı mühüm sənəd qəbul edildi və sammitə qatılan 40 ölkənin nümayəndəsi bu sənədi imzaladı. Sənəddə deyilir ki, korrupsiya hər yerdə ifşa olunmalı, təqib edilməlidir. Bu işlə məşğul olanlar cəzalanmalıdır. Korrupsiya yolu ilə əldə edilən vəsaitləri gizlətmək üçün yaradılan anonim şirkətlərin fəaliyyətinə son qoyulmalıdır. Bu işdə korrupsionerlərə yardım edən hüquqşünaslar, daşınmaz əmlak agentləri, mühasiblər cəzalanmalıdır. Dövlət büdcəsinin, vergi məlumatlarının şəffaflığının artırılması hesabına vergi ödəyicilərinin pullarının qanunsuz yollarla istifadə edilməsinin qarşısı alınmalıdır. Insanlara repressiyalardan qorxmayaraq korrupsiya barədə məlumat vermək imkanları yaradılmalıdır. Korrupsionerlər məsuliyyətə cəld edilərək cəzalandırılmalıdır. Eyni zamanda Böyük Britaniya, ABŞ, Isveçrə, Kanada, Avstaliya və Yeni Zelandiya Interpolla birlikdə Beynəlxalq Antikorrupsiya Mərkəzinin yaradılması qərarına gəliblər.ÿ

Britaniyanın baş naziri Devid Kameron sammitdən əvvəl “The Guardian” qəzetinə müsahibəsində deyib ki, Londonda daşınmazÿəmlak alan şirkətlərdən sahib və mənfəətdarlarının adlarının açıqlanması tələb olunacaq. “Biz öz daşınmazÿəmlak bazarımızı təmizləyəcək və ÿkorrupsiyaçılara aydın mesaj verəcəyik ki, onlar üçün burada ev yoxdur”- deyə Kameron yazıb.

Baş nazirÿ əlavə ÿedib ki, daşınmazÿ əmlakın alğı-satqısı ilə ÿməşğul olan agentliklər mülk almaq istəyənÿ əcnəbilərdən pulun mənşəyi vəÿ mənbəyini xəbər almalı olacaqlar. Artıq alınmış mülklərin sahibləri isə pulun qanuni yollarla qazanıldığını isbat edə bilmədikləri hallarda, bu mülklər müsadirəÿ olunacaq.

Göründüyü kimi, korrupsioner rejimləri daha ağır sınaq gözləyir və bu ən yüksək səviyyədə təsdiq olunmuş məqamdır. Bir müddət əvvəl Azərbaycan hökumətinə qarşı sanksiya məsələsi gündəmə gəldi və bu sanksiyların tətbiq olunmaması cəmiyyətdə müəyyən ruh düşkünlüyünə səbəb oldu. Amma yuxarıda qeyd olunanlar da göstərir ki, dünyada daha effektli vasitə hazırlanır və bu məngənədən çirkli pul sahiblərinin sağ çıxması mümkün olmayacaq.

Xatıladaq ki, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu Azərbaycandan adı Panama sənədlərində olanların siyahısını ÿdərc edib və bu siyahıda 127 azərbaycanlının adı var. Ən mühüm isə budur ki, siyahıda hakim ailə və onlara yaxın olan şəxslərin adı da var. Bundan öncə hakim ailənin Londondakı mülkləri də gündəmə gəlmişdi. Daha öncə Vircin adalarındakı ofşor şirkətlərdə də hakim ailənin hesabları üzə çıxmışdı.

Devid Kameron da təsdiqləyib ki, bu mülklərin hansı pullarla alındığı araşdırılacaq və çirkli pullarla alınmış mülklərə Londonda yer olmayacaq. Deməli, yaxın zamanlarda Azərbaycan hökuməti daha ciddi problemlərlə qarşılaşacaq və ölkədən oğurlanmış pulların səs-sədası daha geniş yayılacaq. Bəli, gömrükdən 3 blok siqaret keçirilməsinə imkan verməyən hökumət, ölkədən yüz milyardları çıxardığına görə ittiham ediləcək, təcrid olunacaq.

Bəli, saysız-hesabsız korrupsiya layihələrinə imza atmış hökumətimizin sinması rəsmi şəkildə dünyanın “şərəf lövhəsi”ndən asılacaq. Bütün proseslər onu göstərir ki, cinayətkar rejimlər sıradan çıxarılır və dünya belə rejimlərlə əməkdaşlığı təhlükəli, effektsiz hesab edir.

Beləliklə, oğru hakimiyyətlər fakt qarşısında qoyulur, ancaq yenə də əsas məsuliyyət xalqın üzərinə düşəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ