SON DƏQİQƏ

PressDent.Info

Heykəl qalmaqalına görə daha bir nəfər həbs edildi

Heykəl qalmaqalına görə daha bir nəfər həbs edildi
14-05-2016, 15:35 27057 dəfə baxılıb

Keçmiş siyasi məhbus Cəlilabad Polisinin təklifini rədd edib 

Gənc fəallar Qiyasəddin  Həsənov və Bayram Məmmədovu Heydər Əliyevin heykəlini yazdıqlarına görə narkotik ittihamı ilə həbs etdikdən sonra ictimaiyyətdə və sosial şəbəkələrdə bu məsələyə kəskin etirazlar bildirildi. Keçmiş siyasi məhbus , hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan Tural Həsənzadə də məsələ ilə bağlı kəskin tənqidi paylaşımlar edib. Bundan sonra onun Cəlilabad şəhərində yaşayan qohumu Ramiz Zeynalov Cəlilabad Polis Şöbəsinə çağrılıb.

Bu barədə Tural Həsənzadə özünün feyzbuk səhifəsindəki qeydində bildirib: “Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları bir az əvvəl bacımın yoldaşını həbs edərək, rayon polis idarəsinə gətiriblər. Onlar ona açıq şəkildə deyiblər ki, səni qaynın Tural Həsənzadənin “facebook”da yazdıqlarına görə həbs etmişik. Polis rəisi tələb edir ki, mənimlə birbaşa əlaqə yaratsın və şərtlər irəli sürsün. Mən isə heç bir halda onlarla əlaqə saxlamayacağam və onların heç bir şərtini yerinə yetirməyəcəyəm. Siz Əli Kərimlinin, Emin Millinin qayınlarını, Günel Mövluda görə onun qardaşlarını, Qənimət Zahidə görə onun ohumlarını həbs edib, onları susdura bildinizmi ki, mənim də bacımın yoldaşını həbs edib, məni susdurasınız?! Hələ utanmadan kişiliklərinə sığışdırıb, onu da deyirlər ki, sənin yoldaşını da, ananı da idarəyə gətirəcəyik. Bu hökumət əxlaqı bundan ibarətdir! Azca vicdanınız olsun! O ki siyasətlə yaxından- uzaqdan maraqlanmayan adamdır. Onun nə günahı var?”

Bu gün əldə olunan məlumata görə polis tərəfindən saxlanılan Ramiz Zeynalova bir aymüddətinə inzibati həbs cəzası verilib. Tural Həsənzadə bu barədə də öz feyzbuk qeydini paylaşıb: “Məlumat vermişdim bacımın  həyat yoldaşını polis saxlayıb, mənim yazdıqlarımı silməyəcəyim təqdirdə həbs edəcəyini demişdi polis rəisi, indi öyrənirəm ki, bir ay inzibati həbs veriblər. Əgər mən geri addım atmayacağamsa digər ailə üzvlərinidə həbs edəcəklərini, yeznəmidə əlavə narkotik ittihamı ilə cinayət işi açacaqlarını deyiblər.”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ