SON DƏQİQƏ

PressDent.Info

Keçmiş polisin xanımı ölkə başçısına müraciət etdi

Keçmiş polisin xanımı ölkə başçısına müraciət etdi
10-05-2016, 12:50 27840 dəfə baxılıb

Qalmaqallı qətllə bağlı «Facebook»da «istintaq aparan» kimlərdir?

Keçmiş həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan sabiq polis əməkdaşı Samir Əliyevin xanımı Zəminə Əliyeva ölkə başçısı Ilham Əliyevə müraciət edib.

O, müraciətin bir surətini də “Azadlıq”a göndərib. Zəminə Əliyeva bildirir ki, sosial şəbəkələrdə saxta profillər vasitəsilə ona təzyiqlər edilir, barəsində böhtan xarakterli məlumatlar paylaşılır: “2015-ci ilin dekabr ayından başlayaraq bu günə qədər ”Facebook”da tanımadığım şəxslər saxta profillərlə məni və ailəmi təhqir edir, böhtanlar atır, şantaj edir, hətta hədə-qorxu gələrək ən ağır cinayətdə günahlandırırlar. Bununla əlaqədar mən Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və Daxili Işlər Nazirliyinə dəfələrlə müraciət etmişəm. Xahiş etmişəm ki, həmin insanların şəxsiyyətləri müəyyən edilərək məsuliyyətə cəlb edilsin. Bu dövlət qurumlarının bürokratik cavabları Bakı şəhərində idarələr arası fırlanaraq öz həllini tapmır. Dövlət Təhlükəsizlik Xidməti işi Baş Prokurorluğa, Baş Prokurorluq DIN-ə, DIN rayon üzrə idarə və bölmələrə yollayır, müəllifə cavab verilməsini bir-birlərindən tələb edirlər, onlar da öz növbələrində məndən izahat alırlar, deyirlər ki, burda cinayət tərkibi yoxdur, vəssalam. Bu tip mövzuda cavab məktubları bu günə kimi də gəlməkdədir, onların hamısı Abşeron Rayon Polis Idarəsinə yığılıb qalıb.

Tövsiyyə verirlər ki, məhkəməyə müraciət edim.

Cənab Prezident!

Əgər məni KIV-də təhqir, böhtan, şantaj, hədə-qorxu atəşinə tuturlarsa və artıq neçə aydır bu səngimək bilmirsə, həmin adamların da kim olduğunu bilmirəmsə, mən necə məhkəməyə müraciət etməliyəm? Bu gün mən küçəyə çıxmağa qorxuram, məcbur qalıb öz evimdən çıxıb atamla qalıram. Məhkəmədən nə tələb edim? Məhkəmə nə vaxtdan əməliyyat-axtarış işlərini həyata keçirən orqan olub?

Yeri gəlmişkən deyim ki, müstəntiq Aslan Ibrahimiv 10 aydır ki, mənim və uşaqlarımın qanunsuz həbsdə olan həyat yoldaşım Samir Əliyevlə görüşünə və telefon danışıqlarına əl qoyub. O, bu addımını “istintaq sirrinin yayılmaması naminə” atdığını deyir. Lakin sözügedən saxta profillər nəinki istintaq sirlərini incələyir, hətta bizim hər addımımızı izləyirlər. Cinayətin guya ki, törədilməsinin xırdalıqlarını şeir şəklində KIV-də yayırlar, bununla haqqımızda nahaqdan pis rəy yaradırlar. Bu barədə mən Aslan Ibrahimova dəfələrlə xəbər versəm də, onu bu mövzu heç maraqladırmır, hətta mənim məktublarıma cavab belə yazmır.

Sizdən xahiş edirəm ki, mənim kimi sadə vətəndaşları canından bezdirən dövlət qurumlarına həmin şəxslərin tapıb məsuliyyətə cəlb edilməsinə dair göstəriş verəsiniz”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ