SON DƏQİQƏ

PressDent.Info

Azərbaycan təcili hərbi əməliyyatlara başlamalıdır

Azərbaycan təcili hərbi əməliyyatlara başlamalıdır
10-05-2016, 12:49 28275 dəfə baxılıb

Üzeyir Cəfərov: «Düşmən qüvvə toplamamış, Azərbaycan hərbi əməliyyatlara başlamalıdır»

Cəbhə xəttində vəziyyət gərgin olaraq qalmaqdadır. Hətta bəzən Azərbaycan ordusunun cəbhədə irimiqyaslı hərbi əməliyyatlara keçəcəyi konkret tarix də açıqlanır. Bir müddət əvvələ qədər hücum tarixi kimi mayın 8-i Şuşanın işğal günü göstərilirdi. Yayılan bu tip məlumatları isə Müdafiə Nazirliyi təkzib etmir. Əksinə haqlı olaraq bəyan edir ki, işğal altında olan torpaqların azad edilməsi Azərbaycanın suveren hüququdur.

Məsələn, məşhur britaniyalı jurnalist, analitik və Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal “Politoco Europe” qəzetində dərc etdiyi məqaləsində yazır ki, apreldə 4 günlük müharibə bir neçə nəsil idi ki, dondurulmuş vəziyyətdə qalan Qarabağ münaqişəsinin “buzunu əritdi”. Onun sözlərinə görə, atəşkəs rejiminin bərpa edilməsi barədə razılıq əldə olunsa da bu baş vermədi: “Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan və Ermənistan Bosniya münaqişəsinin 2-3 addımlığındadır. Bu isə bütün region üçün zərərli ola bilər”.

T.Vaal qeyd edir ki, Qarabağ üzrə əldə olunan razılaşma bir neçə ildi ki, gərginlik altındadır. Hər iki tərəf qoşunların təmas xəttinə ağır texnikasını yeridib.

“Aprelin 2-də atəşkəsin pozulması böyük çata səbəb oldu. böyük ehtimalla Azərbaycanın məqsədi Ermənistan ordusunun müdafiəsini yoxlamaq və erməniləri danışıqlar masasına daha zəif halda oturtmaq olub. Azərbaycan Ordusu işğal altında olan ərazilərin bir hissəsini azad etdi və sağlam qüruru yenidən bərpa etdi”, – Qarabağ üzrə mütəxəssis yazır.

Qarabağda gərginliyin yenidən artacağını qeyd edən T.Vaal məqaləsində bildirir ki, hər iki tərəfin kütləvi şəkildə silahlanması ondan xəbər verir ki, yeni toqquşma 1991-1994-cü illərdən fərqli olaraq daha dağıdıcı ola bilər.

uzeyir-ceferov

Ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycanın yaxın zamanlarda Qarabağda irimiqyaslı hərbi əməliyyatlar reallaşdırması baş verəcək: “Sadəcə olaraq bunu yubadan bir sıra faktorlar var. Azərbaycan beynəlxalq qurumların Qarabağ münaqişəsi ilə bağlı konkret addımlar atmasını gözləyir. Amma hələ ki, belə bir addım atılmır”.

Ü.Cəfərov hesab edir ki, Azərbaycan tez bir zamanda Qarabağda iri miqyaslı hərbi əməliyyatlara başlamalıdır. Çünki artıq Ermənistan aktiv şəkildə silahlanma kursu yürüdür: “Azərbaycan yaxın zamanlarda hərbi əməliyyatlara başlamalıdır. Bu ona görə edilməlidir ki, düşmən qüvvə toplamasın. Problem ondan ibarətdir ki, düşmən hazırda müttəfiqləri tərəfindən aktiv şəkildə silahlandırılır. Nə qədər ki, Qarabağ problemi həllini tapmayıb, Azərbaycan bu istiqamətdə qətiyyətli addımlar atmalıdır. Azərbaycan buna tam hazırdır. Yeganə qalan məsələ siyasilərin qərar verməsidir. Bu məsələdə canfəşanlıq göstərən Rusiya isə Qarabağ probleminin həllində maraqlı görünmür. Ona görə Azərbaycan daha qətiyyətli addımlar atmalıdır”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ