SON DƏQİQƏ

PressDent.Info

İlham Əliyevə öz işçilərindən şikayət

İlham Əliyevə öz işçilərindən şikayət
7-05-2016, 20:27 24534 dəfə baxılıb

«Bəlli oldu ki, məmur özbaşınalığı elə sizin öz administrasiyanızdadır, bizi orada təhqir etdilər»

“Dövlət Dəmir Yolları” QSC-nin bir qrup işçisi dövlət başçısı Ilham Əliyevdən kömək istəyir. Onlar bu məqsədlə prezidentə müraciət ediblər. Dəmiryolçular məktubun surətini “Azadlıq”a da göndəriblər. Onlar müraciətdə Əliyevdən kömək istəməklə yanaşı, həm də onu Prezident Administrasiyasında vətəndaşlara qarşı kobud rəftar, təhqirlər, eləcə də məmur özbaşınalığı, korrupsiya, onlara ayrılan pulların həmin məmurlar tərəfindən mənimsənilməsi kimi hallardan xəbərdar ediblər:

“Prezidenti olduğunuz ölkənin heç bir qurumu bizi eşitmir. Üç ildir ki, qanunsuzluqlar barədə bütün səlahiyyətli orqanlara, o cümlədən Prezident Administrasiyasına, Baş Prokurorluğa, Milli Məclisə və digər orqanlara konkret faktlarla müraciət etsək də, nəticəsi olmayıb. Şikayətlərimiz elə şikayətçi olduğumuz dəmiryolu idarəsinə göndərilib, onlar da əsassız olduğunu deyib rədd ediblər. Hüquq-mühafizə orqanları, Baş Prokurorluq və korrupsiya idarəsi şikayətimizi şikayət etdiyimiz quruma göndərir. Dəfələrlə səlahiyyətli şəxslərlə görüşmək, onların qəbulunda olmaq istəsək də, bizi eşidən yoxdur. Sonuncu dəfə mayın 2-də Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbuluna kollektiv şəkildə yazılsaq da, orada əməkdaşlar insanlığa sığmayan  şəkildə bizi tənqid və təhqir etdilər. Qəbul şöbəsinin rəhbərilə görüş tələb edəndə bizi onun yanına apardılar. Bəlli oldu ki, məmur özbaşınalığı elə sizin öz administrasiyanızdadır. Qəbul şöbəsinin özünü Əli kimi təqdim edən rəhbəri bizi heç otağa buraxmaq istəmədi. Bizi qapıdan qovdu, Fuad Ələsgərovun qəbul etməyəcəyini deyib, oraları çirkləndirməməyimizi tələb etdi.

Biz azərbaycanlıyıq, bu ölkənin vətəndaşıyıq.  Əksəriyyətimizin 55-dən çox yaşı var. 30-40 ildən çoxdur ki, dəmiryolunda işləyirik. Bir qrup məmur pullarımızı mənimsəyir, haqqını istəyəni təzyiqlərə məruz qoyur.

Biz vətənimizi sevirik, qanunlarımıza da hörmətlə yanaşırıq. Yaşımız keçsə də, vətən uğrunda əlimizə silah alıb ermənilərə qarşı döyüşməyə də hazırıq.

Sizdən xahiş edirik, bizi qəbul edib dinləyəsiniz”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ