SON DƏQİQƏ

PressDent.Info

Jagland İlqar Məmmədova görə bəyanat verdi

Jagland İlqar Məmmədova görə bəyanat verdi
29-04-2016, 23:18 30537 dəfə baxılıb

İlqar Məmmədovun həbsdə qalmasıyla bağlı məhkəmə qərarı «dərin narahatlıq» yaradır. Bu bəyanatla aprelin 29-daAvropa Şurasının Baş katibi Thorborn Jagland çıxış edib.

Bəyanatda deyilir:

«Azərbaycan məhkəmələri bir daha Avropa İnsan Haqları Məhkəməsinin qərarının icrası öhdəliyinə sayğısızlıq göstərdi. Strasburq məhkəməsinin qərarına baxmayaraq, İlqar Məmmədov 3 ildir həbsdədir. Məhkəmə ona qarşı cinayət təqibinin siyasi motivli olması və hökuməti tənqid etdiyinə görə cəzalandırılması barədə qərar çıxarmışdı. Qüsurlu hökmlə insanı azadlığından məhrum etmək Avropada qurduğumuz insan haqları sisteminə hücumdur».

«Konstitusiyanın təminatçısı olan Prezident İlham Əliyevi Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası öhdəliklərinin icrasını təmin etməyə çağırıram».

Bir müddət əvvəl Thorborn Jagland Azərbaycanın Avropa Konvensiyasını necə icra etməsi üzrə araşdırma başlatmışdı. Səbəb də elə Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarını icra etməməsi göstərilirdi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ