SON DƏQİQƏ

PressDent.Info

Yanan bina ilə “MTN işi” arasında əlaqə

Yanan bina ilə “MTN işi” arasında əlaqə
26-04-2016, 12:07 27405 dəfə baxılıb

Məhkəmədə kifayət qədər ciddi məqamlara aydınlıq gətiriləcəyi gözlənilir

Bir müddət əvvəl məlumat yaymışdıq ki, 2015-ci ilin mayında Azadlıq prospektində 15 nəfərin ölümünə səbəb olan yanğınla “MTN işi” arasında bağlılıq var. Həmin məlumatda deyilirdi ki, baş nazirin müavini Abid Şərifovun hadisədən az sonra “10 günə istintaq yekunlaşacaq” deməsinə rəğmən istintaqın uzanması da bununla əlaqədardır. Lakin Baş Prokurorluq bu məlumatı təkzibi etmişdi.

Redaksiyamıza yenidən bu mövzuda oxşar məlumat daxil olub. Mənbəmiz israrla bildirir ki, yanan bina ilə “MTN işi” arasında ciddi əlaqə var. Bu əlaqənin konkret nədən ibarət olduğu bəlli deyil. Lakin həmin ərəfədə keçmiş MTN şefi Eldar Mahmudovun qudası, hazırda həbsdə olan Cahangir Hacıyevlə bağlı müəyyən proseslər baş verirdi. Söhbət Beynəlxalq Bank ətrafında yaranmış “kredit qalmaqalı”ndan gedir. Cahangir Hacıyev də bu qalmaqalla əlaqədar həbs olunub.

Bundan başqa iddia olunur ki, yanğın hadisəsinə görə həbs olunanlar, xüsusilə binaların üzlənməsini həyata keçirən “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov istintaqa kifayət qədər ilginc faktlar açıqlayıb. Onun məhkəmədə də sensaion açıqlamalar verəcəyi gözlənilir. Mümkündür ki, onun açıqlamalarında yanan bina ilə “MTN işi” arasındakı əlaqəyə də aydınlıq gətirəcək məqamlar olacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ