SON DƏQİQƏ

PressDent.Info

Jirinovski kimin sözünü deyir?

Jirinovski kimin sözünü deyir?
26-04-2016, 11:54 28101 dəfə baxılıb

Hikmət Hacızadə: «Növbəti dəfə sərsəm açıqlamalar verir, amma Putindən göstəriş gəlməsə, danışmaz»

Aprelin əvvəlində cəbhədə baş verən gərginlikdən sonra Rusiyanın regionda aktiv siyasəti nəzərə çarpır. Rus diplomatlarının regiona səfərləri və apardıqları danışıqlar buna misaldır. Amma baş verənlərdə diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, Rusiyanın diplomatik səyləri nəticə vermir. Lavrovun Ermənistana səfərinin analizi bunu deməyə əsas verir.

Bütün bunların fonunda Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin açıqlaması maraq doğurmaya bilməz. Çünki Kreml bir qayda olaraq qəliz situsiya ilə üzləşdiyi zaman Putinin deyə bilmədikləri Jirinovski kimi siyasətçilərin dili ilə gündəmə gətirilir. Sözügedən siyasətçinin son açıqlaması da bu qəbildəndir.

“Azərbaycan Türkiyənin əmri ilə Qarabağa hücum edib”. Bunu “Vladimir Solovyovla bazar axşamı” verilişində çıxışı zamanı Jirinovski söyləyib. Onun sözlərinə görə, Rusiya Ermənistana yardım etməyə borcludur:

“Rusiya Ermənistanı, Türkiyə isə Azərbaycanı müdafiə edəcək. Istənilən halda qələbə bizimlə olacaq. Iran da Ermənistanın yanında olacaq. Bu iki ölkənin yaxşı münasibətləri var, üstəlik, Iran Türkiyəyə nifrət edir. Rusiya Ermənistana kömək etməyə borcludur. Bütün bunlar Vaşinqton tərəfindən ona görə edilir ki, Rusiyanın vəziyyəti pisləşsin, amma onlarda heç nə alınmayacaq” (axar.az).

Jirinovski həmçinin Qafqazda və Donbasdakı lokal savaşların, eləcə də taliblərin Mərkəzi Asiyaya hücumunun yeni dünya müharibəsini yaxınlaşdıracağını bildirib.

Qeyd edək ki, Jirinovski bundan öncəki çıxışında da Irəvanı müdafiə etmiş, türkləri isə köçəri adlandıraraq Mərkəzi Asiyaya qayıtmasını istəmişdi.

hikmet-hacizade-yeni

Politoloq Hikmət Hacızadə hesab edir ki, söylənilənlərin reallıqla əlaqəsi yoxdur. Amma bununla belə Jirinovskinin bu açıqlamalarının təsadüfi xarakter daşımadığını düşünən H.Hacızadə vurğuladı ki, siyasətçi Kremlin tapşırıqlarını icra edir: “Amma söylənilənlərdə cüzi həqiqət payı da var. Qarabağda əməliyyatların aktiv fazaya daxil olmasından sonra Rusiya və Iran Ermənistanı müdafiə edə bilər. Iranın Ermənistana ciddi dəstək göstərməyə gücü olmasa da, Kreml bu addımı qətiyyətlə atacaq. Rusiya təyyarəsini göndərəcək, peyklərlə məlumat ötürəcək”.

Azərbaycanın aprelin 2-dən 5-nə qədər uğurlu hərbi əməliyyatlarının Türkiyə və ABŞ-ın göstərişi ilə həyata keçirilməsinə gəlincə, H.Hacızadə bunu Ruisyanın konkret ittihamı adlandırdı. “Jirinovski növbəti dəfə sərsəmləyir. Amma ona yuxarıdan göstəriş gəlməsə, danışmaz. Bu tip açıqlamalar rəsmi Bakıya hədə mesajıdır”, deyə H.Hacızadə vurğuladı.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ