SON DƏQİQƏ

PressDent.Info

Parlamentdə müharibə müzakirələri

Parlamentdə müharibə müzakirələri
15-04-2016, 18:09 26100 dəfə baxılıb

“Müharibədə kasıb, ya varlı uşağının həlak olması barədə fikirlərin yayılması çox təhlükəlidir”. Deputat Fazil Mustafa bu sözləri Milli Məclisin hazırda davam edən iclasında söyləyib.

Deputat bildirib ki, adətən, müharibəyə birmənalı müansibət olmadığı halda, bu dəfə ölkə prezidentinin verdiyi qərara və əmrə Azərbaycan xalqının münasibəti birmənalı oldu.

F.Mustafa bəzi mətbuat orqanlarındakı yazılara diqqət çəkib: Bəzi saytlar yazır ki, şəhidlərin dəfnində hər kəs iştirak etdi, amma Milli Məclis üzvləri iştirak etmədi. Halbuki Milli Məclis üzvləri də dəfn mərasimlərində iştirak etdilər. Bu cür kateqoriyalara ayırmaq olmaz. Hər bir millət vəkili fotoaparat götürüb şəkil çəkdirməldir? Bu, müharibə şəraitində cəmiyyəti qruplara ayırmaqdır. Vətən müharibəsinə münasibət kökündən dəyişməlidir”.

Spiker Oqtay Əsədov bir xatırlatma verdi: “Biz müharibə aparmamışıq, 3 gün ərzində düşmənin təxribatlarına cavab vermişik. Azərbaycan müharibə aparsaydı, bir həftədən sonra müharibə harada davam edəcəkdi, onu gözəl bilirsiniz. Azərbaycan dövləti hər kəsə göstərdi ki, istənilən yolla torpaqlarını azad edə bilər. Bu, Ermənistanı sülhə vadar etmək üçün ən vacib addım idi. Yeni danışıqlar üçün motivlər hazırdır, danışıqlar gedir. Güman edirik ki, məsələ yavaş-yavaş həllini tapacaq”.

Deputat Elmira Axundova deyib ki, həm şəhidlərin yas mərasimində iştirak edib, həm də ailələrə köməklik ediblər. o, Rusiya teleradiosunun yenə də Azərbaycana qarşı fəaliyyət göstərdiyinə diqqət çəkdi: “Bir dəfə də olsun Azərbaycanın ərazi bütövlüyündən danışılmadı. Əksinə, bizi və Türkiyəni tənqid atəşinə tutdular. Bizə qarşı belə ədalətsiz münasibət hətta 90-cı illərdə olmayıb. Hazırda Rusiya teleməkanı ermənilər tərəfindən ələ keçirilib. Mən təəccüblənmirəm, çünki Rusiyanın baş naziri deyir ki, Dağlıq Qarabağ münaqişəsinin dondurulmasını istərdi”. E.Axundova Rusiyadakı diaspora təşkilatlarına, bu ölkədəki varlı insanlarımıza müraciət edərək onları bu məsələlərdə aktiv olmağa çağırıb.  
O.Əsədov deyib ki, Rusiya mediasının 30 fazii ermənilərdədir. Ancaq bu müraciəti kökü olan azərbaycanlılara da ünvanlamaq lazımdır ki, ay kökü azərbaycanlı olan, ürəyin, vicdanın da azərbaycanlı olsun!”

Deputat Əli Məslimli prezidentin sosial evlər məsələsinə yaşıl işıq yandırmasını təqdir edib: “Sosial evlər mexanizmi vasitəsilə mənzil alınmasını xeyli sürətləndirmək olar”.

Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, elə mövzulr var onunü zərində siyasət qurmaq olmaz, bu addımı atanlar lənətlənməlidir: “Mən də oxuyuram ki, guya şəhidlərin sayı gizlədilir, onlar dəfn olunmur, yaxud dəfn mərasimlərinə deputatlar iştirak etmir. Biz Naxçıvanda şəhid Qabil Orucəliyevin dəfn mərasimində iştirak edirdik. Şəhidin əmisi dedi ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin də həmin gün anası rəhmətə gedibmiş. Amma birinci şəhidin dəfn mərasiminə qatlıb. Bu fakt çoxlarını riqqətə gətirmişdi. Kiminləsə düşmənçiliyin varsa, açıq şəkildə düşmənçilik elə, yoxsa belə yazılardan istifadə etmə. Vaxtilə 60-70 nəfərin qabağından qaçanlar bu gün müharibə təbliğatı aparır. Avropa Şurasında çıxış edən Əli Kərimli demişdi ki, Ermənistan və Azərbaycanda hakimiyyətlər dəyişməyincə münaqişə həllini tapmayacaq. O zaman hətta “Azadlıq” qəzeti yazdı ki, Əli Kərimli bu çıxışı ingilis dilində oxudu. İndi belə bir adam durub deyir ki, müharibə lazımdır. Bu cür riyakar insanlara qarşı cəmiyyət öz sözünü deməli, münasibətini bildirməlidir”.

Deputat Fəzail Ağamalı deyib ki, heç kimin çağırışı olmadan gənclərin üçrəngli bayrağımızla dəfn mərasimlərinə qatılması qürurvericidir: “Çox təəssüf olsun ki, bəzi qüvvələr Azərbaycan ordusuna, prezidentinə böhtan, şər atmaqda davam edirlər”.

F.Ağamalı deputat həmkarı Əflatun Amaşova müraciətlə Mətbuat Şurasının və özünün sərt mövqeyini ortaya qoymağa çağırıb. F.Ağamalı MDB məkanında Azərbaycana dəstək aksiyalarının keçirilmədyini xatırladıb və diasporanı bu məsələyə diqqəti artırmağa çağırıb.

Deputat Fərəc Quliyev deyib ki, Türkiyədə olduğu kimi dövləti və milləti aşağılayanlar, milli maraqlara qarşı çıxanlara qarşı qanunvericiliyə sərt əlavələr etməliyik. Təklif edirəm ki, Milli Məclis bir iclasını Dağlıq Qarabağla bağlı dinləmələrə həsr eləsin, burada XİN başçısı da iştirak etsin, qəbul olunmuş təkliflər və ya qərar beynəlxalq aləmə açıqlansın”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ