SON DƏQİQƏ

PressDent.Info

Əliyevə inanaq, yoxsa rəsmi rəqəmlərə?

Əliyevə inanaq, yoxsa rəsmi rəqəmlərə?
12-04-2016, 11:20 27840 dəfə baxılıb

Hökumətin sonuncu iclasında da inkişafdan danışdılar

Bu ölkədə müsbətə doğru heç nə müşahidə olunmur. Sadəcə boş vədlər, çürük təsəllilər, problemi həll etməyəcək sərəncamlar, fərmanlar var. Hökumətin sonuncu iclasında da heç bir ciddi təklif, təşəbbüs, tapşırıq olmadı. Həmişəki kimi onuncu dərəcəli işlərdən danışdılar, inkişafdan söhbət açdılar və gələcəklə bağlı proqnozlar verdilər.

Əslində, ölkənin belə ağır vəziyyətində keçirilən müşavirə gündəmi dəyişməli, mühüm qərarlarla yadda qalmalıydı.

Təbii ki, bu olmadı. Amma rəsmi rəqəmlər göstərdi ki, ölkə başçısının optimizmi də özünü doğrultmadı. Yəni milli valyutanın dayanıqlığı, iqtisadi uğurların davam edəcəyi ilə bağlı deyilənlər sabun köpüyünə çevrildi.

Məsələn, rəsmi şəkildə etiraf olundu ki, Azərbaycanda tədiyyə balansının kəsiri tarixi maksimumuna çatıb. Belə olan halda milli valyutanın dayanıqlığından necə danışmaq olar? Deməli, hər an növbəti devalvasiya ilə qarşılaşa bilərik və milli valyuta sürüşkən vəziyyətdə qalmaqdadır.

Daha sonra rəsmən təsdiqləndi ki, vergi ödəyicilərinin büdcəyə ödəmələrində sürətli azalma müşahidə olunur.  Ardınca, problemli kreditlərin həcminin artmadığı elan edildi. Bu isə əhalinin vəziyyətinin ağırlaşmasının, yoxsulluq səviyyəsinin artmasının, işsizlilik səviyyəsinin yüksəlməsinin göstəricisidir.

Eyni zamanda məlum oldu ki, Azərbaycanda bankların Mərkəzi Banka olan borcu sürətlə artır, əhali əmanətləri sürətlə geri çəkir. Qeyd edək ki, Azərbaycanın maliyyə sektorunun 94 faizi bankların payına düşür. Belə çıxır ki, hazırda maliyyə siyasəti iflasa uğramaqdadı və əhalinin banklara etimadı tam ölüb.

Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi illik hesabatda isə vəziyyət daha bərbad görünür. Belə ki, araşdırmalar nəticəsində bütün dövlət strukturlarının çirkaba bulaşdığı aşkar edilib. Hansı strukturda nə qədər yeyintinin olduğu rəqəmlərlə ortaya qoyulub. Deməli, Ilham Əliyevin ötən müşavirələrdəki barmaq silkələmələri, tapşırıqları elə müşavirə otağında qalıb.

Bəli, rəsmi məlumatlar da təsdiqləyir ki, sonuncu müşavirdə müşahidə olunan arxayınçılıq, özündənrazılıq qətiyyən real vəziyyətə adekvat deyil. Görünən budur ki, iqtisadi göstəricilər sürətlə aşağı düşür və hökumət heç bir təcili tədbirlər görmək niyyətində deyil.

Bir sözlə, sonuncu müşavirə göstərdi ki, vəziyyətin ağırlaşması komandanın düşüncəsini dəyişməyib. Yəni ölkəni quyunun dibinə salan səbəblər hələ də qüvvədədir və bu quyuya “kəndir” sallamaq haqda düşünmürlər. Ilham Əliyev  müşavirədəki çıxışında həm də bildirib ki, biz Bakıda möcüzələr yaratmışıq. Müşavirənin səhəri gün isə 4 intihar xəbəri gəldi. Həqiqətən də inkişaf bolluğuna düşmüş vətəndaşın dolana bilmədiyi üçün intihar etməsi möcüzədir.  Son 1 ildə 535 nəfərin intihar etməsi isə ölkənin “möcüzələrv adası”na çevrilməsindən xəbər verir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ