SON DƏQİQƏ

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Əli Kərimli peşəkar ordu yaratmağı təklif etdi

Əli Kərimli peşəkar ordu yaratmağı təklif etdi
8-04-2016, 14:32 36192 dəfə baxılıb

“Gələcəkdə ola biləcək savaşlarda itkilərimizin az olması üçün orduda ciddi islahatlar aparılmalıdır”

AXCP sədri Əli Kərimli Qarabağda gedən son döyüşlərdən çıxan daha bir nəticə barədə fikirlərini paylaşıb. Bu, orduq quruculuğu sahəsində aparılmalı islahatlardır. Əli Kərimli bu istiqamətdə görülməli işlər barədə feysbuk səhifəsində yazır:

“3 günlük” savaşdan çıxan daha bir vacib nəticə: baxmayaraq ki, əsgər və zabitlərimiz, öz döyüş ruhları və bacarıqları ilə millətimizin başını uca etdi, lakin gələcəkdə ola biləcək savaşlarda itkilərimizin az olması üçün orduda ciddi islahatlar aparılmalıdır.

1. Ləngimədən peşəkar ordu formalaşdırmaq lazımdır. Müddətdən artıq xidmət hələ peşəkarlıq deyil. Könüllü şəkildə orduda peşəkar xidməti seçən vətəndaşlarımızın maddi təminatı ən yüksək səviyyədə təmin edilməli, davamlı hərbi hazırlıq yolu ilə onların hərbi bacarıqları zabit səviyyəsinə qədər yüksəldilməlidir. Xüsusilə hücum əməliyyatlarında ağırlıq 18-20 yaşlı çağırışçı gənclərin deyil, yetkin hərbçi kimi formalaşmış və nisbətən daha yaşlı olan həmin xüsusi təyinatlı peşəkarların üzərində olmalıdır.

2. Azərbaycan ordusu Rusiya silahlarından asılılığını təcili şəkildə azaltmalıdır. Ordudakı silahların tam əksəriyyəti Rusiya silahlarıdır və Rusiya istəyəndə bizə döyüş sursatları ilə təchizat problemi yarada bilər. Üstəlik, düşməndə də eyni silahlar (bəzən də daha yaxşısı) var və düşmən həmin silahları yaxşı tanıyır. Türkiyə və Qərb dövlətlərilə hərbi texniki əməkdaşlığı dərinləşdirməklə, ordumuzu NATO standartlarında olan silahlarla təchiz etmək lazımdır.

3. Müasir müharibələr dəqiq silahlarla aparılır. Ötən əsrin 70-ci illərində SSRİ-də istehsal olunmuş silahlara milyardlar xərcləmək lazım deyil. İsraildən alınmış kamikadze DRON (pilotsuz uçuş aparatı) gördünüz nə etdi? Pulu belə dəqiq silahlara vermək lazımdır ki, insan itkisi mümkün qədər az olsun.

Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ