SON DƏQİQƏ

PressDent.Info

RF, İran və Azərbaycan XİN rəhbərləri Bakıda Qarabağı müzakirə edəcək

RF, İran və Azərbaycan XİN rəhbərləri Bakıda Qarabağı müzakirə edəcək
6-04-2016, 14:52 24447 dəfə baxılıb

Aprelin 7-də Bakıda keçiriləcək RF, İran və Azərbaycan XİN rəhbərləri Sergey Lavrov, Məhəmməd Zərif və Elmar Məmmədyarovun üçtərəfli görüşlərində əsas müzakirə mövzusu Dağlıq Qarabağda vəziyyətin nəzarətə alınması barədə olacaq. Verdiyi məlumata görə, bu barədə Sankt Peterburqda Ümumrusiya Xalq Cəbhəsi mediaforumunda çıxış edən Rusiyanın XİN nümayəndəsi Mariya Zaxarova bəyan edib.
 
"Hazırda ən vacib məsələ problemin dinc yolla həlli və zorakılığın dayandırılmasıdır. Hələ vəziyyət gərginləşməzdən öncə İran, Azərbaycan və RF XİN rəhbərlərinin üçtərəfli görüşü planlaşdırılmışdı. Təbii ki, Dağlıq Qarabağ məsələsi əsas müzakirə mövzusu olacaq", - deyə o bildirib.
 
Bundan başqa o, çıxışı zamanı vurğulayıb ki, böhran tam həll olunana qədər Ukrayna məsələsi bağlanmayacaq. Nitqində bundan başqa Suriya üzrə RF və ABŞ əməkdaşlığından, Dövlət Departamentinə münasibətdən danışıb, həmçinin AB və Türkiyə arasında qaçqın mübadiləsinin qul alverinə niyə bənzəməsini müzakirə edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ