SON DƏQİQƏ

PressDent.Info

Torpaq Məcəlləsi dəyişdirilir

Torpaq Məcəlləsi dəyişdirilir
30-03-2016, 17:12 17922 dəfə baxılıb

Bu gün Azərbaycan Milli Məclisinin Aqrar siyasət Komitəsinin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilib.

İclasda Komitə sədri Eldar İbrahimov “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna dəyişikliklər layihəsini təqdim edib.

Layihəyə əsasən, məcəllənin 110-cu maddəsi tamamilə dəyişdirilib və yeni formada verilib. E.İbrahimov bildirib ki, məqsəd torpaq hüquqpozmalarına qarşı cəzanın sərtləşdirilməsidir. Dəyişikliyə əsasən, Torpaq Məcəlləsinin tələblərini pozmuş şəxslər Azərbaycanın Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Dəyişikliklə Cinayət Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasının hər bir konkret halına görə cəza nəzərdə tutulur.

İclasda aparılan müzakirələr zamanı Komitə üzvləri qanuna dəyişikliyin əsas məqsədinin istifadə edilməyən torpaqların monitorinqinin keçirilməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə idxaldan ixraca keçidin sürətləndirilməsi, ölkənin aqrar sahədə iqtisadiyyat hesabına büdcəyə, xalqa tövhə verilməsi olduğunu vurğulayıblar. Həmçinin, qanunun müzakirəsi zamanı qeyd edilib ki, boş qalan, qanunsuz zəbt edilən torpaqlar dövriyyə cəlb olunmalıdır. Qanuna ediləcək dəyişikliklər bu cür hallarla bağlı cəzanı nəzərdə tutur. Təyinatına görə istifadə edilməyən torpaqların monitorinqinin aparılması ilə yanaşı, həm də araşdırmalar planlaşdırılır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ