SON DƏQİQƏ

PressDent.Info

Azərbaycan XİN: Pakistanda törədilmiş terror aktını qəti şəkildə pisləyirik

Azərbaycan XİN: Pakistanda törədilmiş terror aktını qəti şəkildə pisləyirik
29-03-2016, 13:38 24273 dəfə baxılıb

"Martın 27-də Pakistanın Lahor şəhərində törədilmiş və uşaqlar da daxil olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror aktını qəti şəkildə pisləyirik”.
 
Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib. O bildirib ki, terrorçu-kamikadzenin uşaqların toplaşdığı məkanı hədəf alması xüsusilə narahatedici məqamdır: “Biz həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ