SON DƏQİQƏ

PressDent.Info

Suriyada Cənub Cəbhəsi məğlub oldu

Suriyada Cənub Cəbhəsi məğlub oldu
28-02-2016, 20:33 17835 dəfə baxılıb

Suriyanın cənubunda ABŞ və İordaniya tərəfindən dəstəklənən "müxaliflər" xarici qüvvələrin dəstəyi kəsiləndən sonra Suriya ordusu qarşısında ağır bir məğlubiyyətə düçar olub.
 
ABŞ-la bölgədəki müttəfiqlərinin Suriya üçün "mülayimlik" nümunəsi kimi, təqdim etdiyi cənub cəbhəsindəki silahlı qruplar məğlubiyyəti qəbul etməyə başlayıb.
 
The National qəzetində yazılan xəbərə görə, xüsusilə Dəraadakı silahlı qruplar "taktiki səhvlər, texniki-təchizatda dağınıqlıq və dağıdıcılıq, daxili qarşıdurmalar" səbəbinə görә, bir müxalif komandirin sözü ilə desək "böyük bir məğlubiyyət"lə üzləşib.
 
Bu məğlubiyyətlərә, Rusiyanın hava qüvvələrinin Suriya ordusuna edilәn köməyin böyük bir rolu olduğu bildirilir. Suriya ordusu Suriya-İordaniya sərhədindəki sərhəd məntəqəsində nəzarəri bərpa etməyənə qədər döyüşəcəyini söyləyir.
 
Orduya qarşı Şeyx Miskin müharibəsində döyüşən "müxalif" komandirlər quruda, havada və diplomatik sahədə zərərsizləşdirildiklərini qəbul edirlər.
 
"Cənub Cəbhəsi"nin beynəlxalq və regional himayədarlarının İordaniyanın paytaxtı Ammanda qurduğu Hərbi Əməliyyat Komandirliyi (MOC) "Şeyx Miskin çox mühümdür, əsla əldən verməyin" bildirməsinə baxmayaraq, meydandakı komandirlər MOC-un daxilində fikir ayrılığının olduğunu iddia edirlər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ