SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

“Regional problemlərin siyasi yolla həllinə inanırıq”

“Regional problemlərin siyasi yolla həllinə inanırıq”
24-02-2016, 17:26 30276 dəfə baxılıb


Azərbaycan və İran prezidentləri birgə mətbuat konfransı keçiriblər.

"Azərbaycan həmişə İrana tətbiq edilən sanksiyaların əleyhinə olub və beynəlxalq arenalarda öz fikrini bildirib”.  İran mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Tehranda iranlı həmkarı Həsən Ruhani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
 
Azərbaycan prezidenti İrana tətbiq edilən sanksiyaların götürülməsindən çox şad olduğunu deyib, İran xalqını və prezidentini təbrik edib.
 
İran prezidenti Həsən Ruhani isə açıqlamasında bildirib ki, regional problemlərin hərbi yolla deyil, siyasi yollarla həll olunacağına inanır.
 
O bildirib ki, azərbaycanlı həmkarı ilə son 2,5 ildə ərzində 5-ci dəfə görüşür: “Hər görüşdə iki dost, qardaş və qonşu ölkə arasında ikitərəfli əməkdaşlıq sahəsində əldə olunan irəliləyişlər müzakirə olunur”.
 
H. Ruhani qeyd edib ki, Azərbaycan prezidenti ilə görüş zamanı vacib siyasi məsələlər, habelə iqtisadi və mədəni sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib: “Cənubla şimalı birləşdirən Astara-Astara tranzit dəhlizi ilə bağlı ilin sonunadək vacib irəliləyişin şahidi olacağıq”.
 

 

İran prezidenti görüşdə həmçinin energetika, neft-qaz, Xəzərin ehtiyatlarının bölünməsi və birgə istifadəsi barədə konstruktiv danışıqların aparıldığını bildirib. Görüşdə islam dini ilə bağlı məsələlər və Suriya problemi də müzakirə edilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ