SON DƏQİQƏ

PressDent.Info

Rüfət Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib...

Rüfət Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib...
14-12-2009, 17:00 30015 dəfə baxılıb

Müsavat Partiyası Gənclər Təşkilatının üzvü  Rüfət  Hüseynov    barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu qərar dekabr 14 də Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Daxili İşlər Nazirliyinin yaymış olduğu rəsmi məlumatda Rüfət  Hüseynovun polislər tərəfindən saxlanıldığı, saxlanılan zaman üzərində narkotik maddənin tapıldığı qeyd olunub.

Atası Rəsul Hüseynov bildirib ki, fəalı vəkilsiz mühakimə ediblər. “Mən məhkəmənin qərarı haqqında yalnız bu gün Baş Prokurorluqdan öyrəndim”, atası qeyd edib.

Rüfətə  qarşı Azərbaycan CM-nin 234.2-cü  (qanunsuz olaraq saxlama və ya satma) maddəsi ilə ittiham irəli sürülüb. Gənc 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, bu idarə bundan öncə də bir neçə fəalın narkotik satışı ittihamı ilə cinayət işinin istintaqını aparıb.

 

Müsavat Partiyası, Rüfət  Hüseynovun   həyatından narahatdır. Rüfət  Hüseynovun   səhhətinin təhlükədə olduğunu bəyan edən Müsavat Partiyası qanunsuz və əsassız olaraq həbs edilmiş Rüfət  Hüseynovun   qeyri-şərtsiz və  dərhal həbsdən azad edilməsini tələb edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ