SON DƏQİQƏ

PressDent.Info

"Həmsədrlər Qarabağ münaqişəsinin həllinə ciddi yanaşmırlar"

13-12-2015, 17:05 23577 dəfə baxılıb

Novruz Məmmədov: "Onlar bu məsələdə beynəlxalq hüququ qəbul ediləcək formada istifadə də etmirlər"
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə tam ciddi, beynəlxalq hüququn tətbiqi ilə konkret yanaşmırlar.
 
Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar tədbirə qatılması və Karen Mirzəyan adlı şəxsilə görüşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.
 
N.Məmmədov qeyd edib ki, ümumiyyətlə, həmsədrlər bu münaqişənin həllinə tam ciddi, beynəlxalq hüququn tətbiqi ilə konkret yanaşmırlar: "Onlar bu məsələdə beynəlxalq hüququ qəbul ediləcək formada istifadə də etmirlər. Bu isə həmsədr dövlətlərin, ümumiyyətlə, bu münaqişənin həllinə tam ciddi, ədalətlə yanaşmadıqlarını göstərir".

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ