SON DƏQİQƏ

PressDent.Info

Siyasi təzyiqlər davam edir

Siyasi təzyiqlər davam edir
10-11-2015, 00:05 27666 dəfə baxılıb

Redaksiyamıza illər öncə itgin düşmüş Müsavat fəalı Sərdar Zeynalovun ailəsi haqqında məlumat daxil olub. 

Məlumatı Sərdar Zeynalovun qohumu verib və bildirib ki, dünən onu S.Zeynalovun ailəsi ilə bağlı Səbayel rayon Polis bölməsinə çağırıb və sorğu-sual ediblər.

“Dünən yaşadığım bölgənin sahə müvəkkili, polis leytenantı Arif Əsədov evimizə gələrək məni bölməyə dəvət etdi. Vaxtını soruşdum. İndi gedəcəyik dedi. Birlikdə onun şəxsi avtomobilində səbayel rayon polis bölməsinə getdik. Orada bir müstəntiqin otağına keçdim – adı Sahib (soyadını bilmirəm) idi. Müstəntiq polis bölməsinə Aybəniz Zeynalova işi ilə bağlı dəvət edildiyimi bildirdi. İlk öncə qohumluq əlaqəmiz haqqında bir neçə sual verdi, sonra isə S.Zeynalovun ailəsi, yəni Orxan, Ayxan Cavanşirli qardaşları və Aybəniz Zeynalova haqqında, onların harada olması və.s suallar verdi. Onların yeri haqqında bilgimin olmadığını, son dəfə bir neçə il əvvəl onları gördüyümü və o zamandan indiyə kimi heç bir əlaqəmin olmadığını bildirdim. Müstəntiq üstümə qışqırmağa, Aybəniz Zeynalovanı və oğullarını həbs edəcəyini, daha sonra mənimlə bağlı da tədbir görəcəyini dedi. Başa düşmədim ki, onları axtarırlarsa məndən nə istəyirdilər. Axı mənim qohum olmağımdan başqa “günahım” yox idi” deyə ilərdir haqlarında bilgi olmayan Zeynalovların qohumu bildirib.

Qeyd edək ki, Sərdar bəy 2003 cü il prezident seçkiləri ərəfəsində mitinglər zamanı oğurlanmış, daha sonradan isə, indiyə kimi ondan xəbər alınmamışdı. Bundan sonra keçdiyimiz illərdə onun ailəsinə qarşı başlayan təzyiqlərdən sonra onun həyat yoldaşı Aybəniz xanım, iki övladı ilə müəmmalı şəkildə ortadan qeyb olmuşdu. Hələ indiyə kimi onlardan heç bir məlumat əldə etmək mümkün olmayıb.

Pressdent.info

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ