SON DƏQİQƏ

PressDent.Info

Milli Məclis ilk plenar iclasına toplandı

Milli Məclis ilk plenar iclasına toplandı
2-12-2015, 16:18 18618 dəfə baxılıb

 

Deputatlara yeni vəsiqələr təqdim olundu.

Beşinci çağırış Milli Məclis bu gün ilk plenar iclasına toplaşıb.
 
 
İclasda diqqət çəkən məqamlardan biri yeni deputatlardan kimin kimlə yanaşı əyləşməsi olub.
 
Xatırladaq ki, 1 noyabr seçkilərinin nəticələri əsasında Milli Məclisə 27 yeni deputat seçilib.
 
Gözdən yayınmayan faktlardan biri parlamentin yeni deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin iclas zalında tək oturması oldu. 
 
Milli Məclisin digər yeni deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli isə özünə Fərəc Quliyevlə yanında yer tapdı.
 
İki yeni deputat isə yanaşı əyləşdi – Elşən Musayev və Şahin İsmayılov.
 
Mətbuat Şurasının sədri Əflatun Amaşovun da kiminlə yanaşı oturacağı jurnalistlərin diqqətini çəkdi. Əflatun Amaşov özünə deputat Aqil Abbasın yayında yer elədi.
 
 
Mərkəzi seçki Komissiyasının (MSK) sədri Milli Məclisin (MM) plenar iclasında iştirak edir.
 
MSK sədri iclasda çıxış edib. O, noyabrın 1-də MM-ə seçkilərin şəffaf keçirildiyini vurğulayıb: "Qanunvericilik aktları və digər sənədlər Avropa ekspertlərinin süzgəcindən keçib. Ona görə də heç bir problem ola bilməz.
Bu da demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ortaya qoyulan əsas məsələdir. Azərbaycan ictimaiyyətinin parlament seçkilərinə marağı da lazım olan səviyyədən artıq oldu".
 

 

Məzahir Pənahov çıxışından sonra bütün deputatları təbrik edərək onlara deputat vəsiqələrini təqdim edib. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ