SON DƏQİQƏ

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

16:05 - Millət Vəkili Nizami Səfərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

Paris terrorunun təşkilatçısı məhv edildi - FOTO

Paris terrorunun təşkilatçısı məhv edildi - FOTO
19-11-2015, 16:17 38628 dəfə baxılıb

 
Parisdə baş vermiş terror aktlarının təşkilatçısı hesab olunan Əbdülhəmid Əbaud Parisin yaxınlığındakı Sen Deni rayonunda xüsusi əməliyyat zamanı məhv edilib.
 
Bu haqda  RTL telekanalı Fransa kəşfiyyatının keçmiş əməkdaşı olan terror üzrə ekspert Klod Monikeyə istinadən xəbər verir. Onun sözlərinə görə, əməliyyat zamanı üç terrorçu məhv edilib ki, onlardan biri də Ə.Əbauddur.
 
Əbaudun öldürülməsi haqda, həmçinin, The Washington Post qəzeti də kəşfiyyatdan olan 2 mənbəyə istinadən yazır. Məlumat hələlik rəsmi təsdiqini tapmayıb. Fransa prokuroru Fransua Molens bircə onu qeyd edib ki, yaxalanan terrorçular arasında Əbaudun adı yoxdur.
 
Molens bildirib ki, Sen Denidə zərərsizləşdirilən terrorçular Fransada yeni terror aktları təşkil etməyi planlaşdırıblar. Fance 2 telekanalının verdiyi məlumata görə, yeni terakt Parisin Şarl de Qoll hava limanında baş verəcəkdi. Ehtimal edilir ki, terrorçular bu rayonda yerləşən Quatre Temps ticarət mərkəzinə hücum etməyi planlaşdırıb. 
 
Kiv-də yayılan məlumatlara əsasən, terrorçuların olduğu Sen Denidəki mənzilə hücum noyabrın 18-də, səhər saat 4:30 radələrində başlayıb. Nəticədə 7 şübhəli şəxs saxlanılıb.
 
Hücum  zamanı mənzildə olan qadınlardan biri "şəhid kəməri"ni işə salıb. Güclü partlayış baş verib. Həmin qadın və daha bir terrorçu dərhal ölüb. Digəri isə polis tərəfindən məhv edilib. Əməliyyat zamanı 5 polis əməkdaşı da yaralanıb. 
 
 
Xatırladaq ki, noyabrın 13-də, cümə axşamı Fransanın paytaxtı Parisdə yüzlərlə insanın ölümü və yaralanması ilə nəticələnən 6 terror hadisəsi baş verib. Terakt nəticəsində 132 nəfər ölüb, 350-dən çox adam isə yaralanıb. 
 
Hadisənin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb. 
 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ