SON DƏQİQƏ

11:36 - Azərbaycan ziyallısı, Millət Vəkili Aqil Məmmədovla tanışlıq

14:46 - Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə sədri Əsgərov Mircəfər, kənd sakini Ağaşova Xurma xanımdan 200 manat alıb qoyub cibinə

10:01 - Oqtay Şirəliyevin tikinti maxinatoru Qəhrəman Qəhrəmanov kimdir?

22:27 - Xalqxeber.Az xəbər portalının Baş redaktoru Peyman Sadıqov Mehriban xanım Əliyevaya müraciət etdi...

11:51 - Qax Rayon 13 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyovun nailiyyətləri

11:18 - Coşqun Əhmədzadə kimdir: Gömrük məmuru yoxsa sahibkar?

11:01 - Zaqatalada Icra başçısının yaraddığı xaus nə qədər davam edəcək?

23:05 - Cəlilabadda idarə rəisinin müthiş korrupsiya əməlləri...

15:13 - Şəhid ailəsindən evinin damının vurmasına görə 2000 manat pul tələb edən kimdir?

14:14 - Əhməd Əhmədzadə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə xalqı təbrik etdi

20:13 - Rafiq Hüseynov adına 10 saylı şəhər poliklinikası ilin poliklinkası seçildi

14:17 - Xalqın vətənpərvər evladı, Binəqədi rayon DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev

13:06 - Taleh Azay oğlu Qaraşov “Həmrəylik” günü münasibəti ilə xalqı təbrik etdi.

21:33 - Rahat marketlərdə müştəri məmunluğu yoxdur və şikayətlərə baxılmır.

16:22 - Zərdab rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyatçısı Polis Leytinantı Anar Kamil oğlu Baxışlı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarını təbrik etdi.

PressDent.Info

"İslamı terrorla bağlamaq qəbuledilməzdir" - Əliyev Parisdə - FOTO

19-11-2015, 15:58 30276 dəfə baxılıb

Ötən gün Fransanın paytaxtı Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak ediblər. Forumda çıxış edən dövlət başçısı əvvəlcə noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verib. Prezident İlham Əliyev keçmişdə çoxsaylı terror hadisələrindən əziyyət çəkən Azərbaycanın terrorizmə qarşı mübarizədəki rolundan danışıb.
 
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində erməni işğalının qurbanı olub: "Bu gün Avropanın qarşılaşdığı miqrasiya böhranı ilə bağlı xəbərlərə baxanda biz anlayırıq ki, bu insanlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Amma eyni zamanda 1991-ci, 1992-ci illəri xatırlayırıq. Həmin vaxt Azərbaycan 1 milyon insanı yerləşdirməli olmuşdu. Bu dünyada ən böyük qaçqın və məcburi köçkün axınlarından biri idi.
 
Dövlət başçısı Azərbaycan torpaqlarının işğalı nəticəsində tarixi, dini, mədəni abidələrin dağıdıldığını vurğulayıb: "Siz Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə dağıdılmış beş yüzdən çox tarixi və memarlıq abidələrinin şəkilləri ilə internet vasitəsi ilə tanış ola bilərsiniz. Siz Bakının mərkəzində Azərbaycan hökuməti tərəfindən qorunan erməni kilsəsini də görə bilərsiniz. Bu multikulturalizmə, dini tolerantlığa yanaşmadakı fərqlilikdir. Bu onu göstərir ki terrorun, dini milliyyəti yoxdur. Buna görə də İslamı terrorizmlə bağlamaq qəbuledilməzdir."
 
Daha sonra Fransa Prezidenti Fransua Olland çıxış edib. O, Parisdə törədilən son terror aktlarından bəhs edib, Fransanın terrorçulara sərt cavab verəcəyini bildirib. Fransa Prezidenti terrorizmin bəşəri dəyərlərə böyük təhdid olduğunu qeyd edib.
 
 
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ