SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Avstraliyadan İrəvana çağırış: `Qarabağdan çıxın`

Avstraliyadan İrəvana çağırış: `Qarabağdan çıxın`
13-11-2015, 12:43 29319 dəfə baxılıb

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan əraziləri azad edilməlidir.
 
Bunu Avstraliya-Azərbaycan Parlament Dostluq Qrupunun sədri, deputat Lyuk Simpkins ölkəsinin parlamentində çıxışı zamanı deyib.
 
Deputat qeyd edib ki, 1992 və 1993-cü illərdə Ermənistan qanunsuz olaraq Azərbaycan ərazilərini işğal edib: "Bu əraziyə Dağlıq Qarabağ regionu və ətraf 7 rayon daxildir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində 350,000 min etnik azərbaycanlı Ermənistandan qovulub. Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etməsi nəticəsində 750,000 mindən çox azərbaycanlı məcburi köçkün olub. 1 milyondan çox azərbaycanlı 20 ildən artıqdır ki, öz torpaqlarından, əmlaklarından və öz əcdadlarının məzarlarından ayrı düşüblər".
 
L.Simpkins bildirib ki, Birləşmiş Millətlər Təşkilatı bu işğalı tanıyıb və Ermənistanın yaratmaq istədiyi siyasi qurumu tanımır: "BMT-nin 4 qətnaməsi Ermənistanın işğalına aiddir. Mühüm məqam ondan ibarətdir ki, Avstraliya da qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır. Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə dair mövqeyimizi nəzərə alaraq, Ermənistanın üç dinc azərbaycanlıya qarşı rəftarına parlamentin diqqətini cəlb etmək istərdim. 2014-cü ilin iyulunda 3 azərbaycanlı öz doğma torpaqlarını, işğal olunmuş əraziləri ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onlar Kəlbəcər rayonundan olan Dilqəm Əsgərov, işğal altında olan Tərtər rayonundan Şahbaz Quliyev və Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonundan Həsən Həsənov olublar. Həsən Həsənov öldürülüb".
 
Deputat sonra deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistan tərəfi ilə danışıqlara başlayıb, lakin bu addım uğurlu olmayıb: "Dilqəm Əsgərovun və Şahbaz Quliyevin dəqiq yeri və onların sağlamlıq vəziyyəti məlum deyil. Erməni mənbələrinin müxtəlif hesabatlarında bir çox uyğunsuzluqlar var. D.Əsgərov və Ş.Quliyevin təxribatçı qrup olmasına və insanları qətlə yetirməsinə görə mühakimə edilməsi doğru deyil".
 
L.Simpkins onu da bildirib ki, Avstraliya xarici işlər nazirindən bu məsələni Ermənistan qarşısında qaldırmağı xahiş edəcəyəm: "Şübhəsiz ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalı və Ermənistan D.Əsgərovu və Ş.Quliyevi azadlığa buraxmalıdır".(

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ