SON DƏQİQƏ

PressDent.Info

ADP fəali mitinqdən sonra döyüldü

ADP fəali mitinqdən sonra döyüldü
7-05-2014, 18:59 22539 dəfə baxılıb

06 May 2014-cü il tarixdə  "N!DA" vətəndaş hərəkatının həbsdə olan üzvlərinə ağır həbs cəzası kəsilməsinə etiraz olaraq keçirilən aksiyada iştirak etdiyinə və aksiya zamanı hakimiyyətin ünvanına radikal şüarlar səsləndirdiyinə görə ADP fəalı Saqif Manafov aksiyanın ertəsi günü naməlum şəxslər tərəfindən döyülüb.   

Belə ki, Saqif Manafov 07 may 2014-cü il tarixində 20 yanvar metrosu qarşısında  2-3 nəfər idmançı görkəmli şəxslər ona yaxınlaşaraq mitinqə qatıldığına və aksiya zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirdiyinə görə nalayiq ifadələrlə təhqir etməyə başlayıblar. Onların bu hərəkətlərinə reaksiya verən ADP fəalına qarşı həmin şəxslər hücum edərək döyməyə başlamış, onu təhqir edərək bildiriblər ki, aksiyalara qoşulacağın halda başına oyun açacağıq, digər dostların kimi səni də şərləyib türməyə soxacağıq. Onlar həmçinin ADP fəalından mitinqlərə qoşulmamağı, təmsil olunduğu partiyadan istefa verməyi və mətbuatda hakimiyyət əleyhinə yazılarına son verməyi tələb ediblər. Baş vermiş hadisənin səs-küyünə ətrafda olan insanlar gələrək ADP fəalını həmin şəxslərin zorakılığından xilas ediblər. Hadisə yerinə toplaşan insanların çoxluğunu görən həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşıblar.

 

ADP fəalına qarşı törədilən zorakılıq sözsüz ki, hakimiyyət orqanlarının siyasi sifarişi əsasında həyata keçirilib. Çünki, ölkədə olan mövcud rejim zaman-zaman müxalifət düşərgəsinin aktiv üzvlərinə, o cümlədən ADP fəallarına qarşı bu cür iyrənc metodlardan istifadə edib. Xatırladaq ki, Saqif Manafov siyasi fəaliyyəti ilə bərabər həm də “Qaynarxəbər” qəzetində hakimiyyəti tənqid edən yazılarla çıxış edir. Saqif Manafova qarşı törədilən bu özbaşınalıq sözsüz ki, onun həm siyasi, həm də jurnalist fəaliyyəti ilə bağlıdır. Hakimiyyət orqanlarının müxalif fəallara qarşı bu cür qanunsuz və özbaşına hərəkətlərinin məqsədi insanlarda xof yaratmaq onları siyasi fəaliyyətdən və mübarizədən çəkindirməkdir. Bu cür metodlar effekt verməyəndə isə müxalifətçi fəalların ya cibinə narkotik atır ya evindən silah “çıxarır” ya da başqa bir qondarma və saxta ittihamla həbsə atır. Necə ki, bu gün yüzlərlə müxalifət fəalı hakimiyyətin qondarma, saxta ittihamları ilə türmələrdə çürüyür.      

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ