SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Nigar Yaqublu: “Tofiq Yaqublunun azad ediləcəyinə inanacaq qədər də saf deyilik”

Nigar Yaqublu: “Tofiq Yaqublunun azad ediləcəyinə inanacaq qədər də saf deyilik”
5-11-2015, 20:20 45427 dəfə baxılıb

Avropa İnsan Haqları Məhkəməsi vicdan məhbusu, Müsavat başqanının müvini Tofiq Yaqublu ilə bağlı qərar qəbul edib. Məhkəmə Beynəlxalq İnsan Haqları Konvensiyasının 5-ci maddəsinin - azadlıq hüququnun pozulmasını tanıyıb. Qərara əsasən Tofiq Yaqublu dərhal azad edilməli, ona təzminat olaraq 24 000 avro ödənilməlidir. 

Tofiq Yaqublunun qızı Nigar Yaqublu Cebhe.info-ya bu qərarı çoxdan gözlədiklərin bildirib: “Bir az gecikmiş də olsa, üzümüzü güldürən bir qərar oldu. Ancaq Avropa İnsan Haqları Məhkəməsinin qərarı bəyan olunan kimi Tofiq Yaqublunun azad ediləcəyinə inanacaq qədər də saf deyilik. Bundan öncə eyni qərar İlqar Məmmədova da şamil olundu. Hakimiyyət bu barədə heç bir şey etmədi. Əksinə, İlqar Məmmədov həbsxanada daha çox işgəncəyə məruz qaldı. Nə qədər ki, bu hakimiyyət var, nə İlqar Məmmədovun, nə də Tofiq Yaqublunun azadlığa çıxacağına ümidim olacaq. Bəlkə nə zamansa hakimiyyətə qarşı daha ciddi təzyiqlər olsa, o zaman yumşalma hiss olunar. Amma azadlığa çıxacağına inanmıram. Təzminat məsələsinə gəlincə, İlqar Məmmədov barədə irəli addım olmadığına görə buna da ümid etmirəm. Ölkədə görmədiyimiz azadlıqları Avropa İnsan Haqları Məhkəməsində gördük. Ən çox üzümüzü güldürən budur”. 
Qeyd edək ki,  Tofiq Yaqublu barəsində 2013-cü ildə 5 il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ