SON DƏQİQƏ

PressDent.Info

Siyasi Məhbus Rəsul Mürsəlov azadlığa çıxdı.

Siyasi Məhbus Rəsul Mürsəlov azadlığa çıxdı.
26-01-2014, 02:56 55421 dəfə baxılıb

Rəsul Mürsəlov həbsinin əsl səbəblərindən danışdı və hakimiyyətin mərkli planını ifşa etdi .

 

Uzun zamandır həbsdə olan siyasi məhbus, siyasi fəal Rəsul Mürsəlovun həbs müddəti bitib və o, yanvarın 25-i səhər saatlarında azadlığa çıxıb. 14 saylı cəzaçəkmə müəssisəsinin qarşısında Rəsulu dostları qarşılayıb. O, il yarımlıq məhkumluqdan sonra azadlığa çıxıb.

 

Rəsul Mürsəlovun həbsi bizim siyasi fəallara yönələn qurama ittihamlarla oxşar və daha idbar olsa da, o zaman bu fakt diqqətdən kənarda qalıb. Buna əsas səbəblərdən biri onun həmin zamanlar üzv olduğu ADP-nin ifrat ehtiyatlı mövqeyi olub. O mövqe sonradan Rəsulun siyasi əqidəsini yenidən müəyyənləşdirməsini - Xalq Cəbhəsinə keçməsini şərtləndiririb. 

 

1985 təvəllüdlü  Rəsul Mürsəlov siyasi fəallığa 2012-ci ildən başlayıb. O zaman “Eurovision” yarışı ərəfəsi keçirilən aksiyalara qatılır, ciddi təbliğat işləri aparır. 21 apreldə razılaşdırılımış aksiya üçün dəvətnamələr payladığına görə polisin böhtanına tuş olub inzibatı qaydada həbsə atılır. Həbsdən sonra da o dayanmır, ara-bir rayona (Balakən) gedəndə Zaqataladakı gənc dostları ilə görüşür, onları siyasi fəallığa cəlb etmək üçün söhbətlər aparır. Onun bu fəaliyyəti hakimiyyətin diqqətini çəkir. Bir neçə dəfə atasına xəbərdarlıq edilir ki, oğluna “ağıllı olmağı” tövsiyyə etsin. Atası isə “Onun hərəkətlərində qanunsuz bir şey varsa, deyin, birgə tədbir görək, yox, bu, ancaq siyasi baxışlara görədirsə, sizin ona qarışmağa haqqınız yoxdur” cavabını verir.

Daha sonra lap açıq təhdid gəlir: “Rəsulun ayağını Bakıdan yığ, yoxsa cibindən narkotik “çıxacaq”. 

Ancaq bu təhdidlərin heç biri təsir göstərmir.

 

Qaramaskalıların hücumu 

 

18 iyul 2012-ci ildə Rəsul Balakən şəhərində evdə dincələrkən günorta saatlarında evə qara maskalılar hücüm edir: “Məni döyə-döyə maşına basdılar. Əllərimi üzümüzü bağlamışdılar. Heç kim də demirdi ki, məni niyə tutublar, günahım nədir. Məni hələ indiyə qədər də hara olduğunu bilmədiyim, ehtimalən rayon MTN-nin binasına gətirdilər. Orda yeddi gün saxlanıldım və hər gün işgəncəyə məruz qaldım”.

Rəsul deyir ki, yeddi gün boyunca ona nə qidalanmağa normal şərait yaradıblar, nə də yatmağa. Heç yaxınları, vəkili ilə də əlaqə saxlamağa imkan verilməyib: “Günün saatlarından belə xəbərsiz idim. Ancaq yeməyə oxşar bir şeyi gətirəndə təxmin edirdim ki, indi günortadır, yaxud axşam. Yemək verəndən sonra da döyülmə başlayırdı. Əsasən ayaqlarımın altına vururdular. Döyülməkdən ayaqlarım şişmişdi”.

 

Bəs onu niyə döyüblər?

 

Rəsulun sözlərinə görə, bütün işgəncələrin tək səbəbi özünə böhtan atmamağı olub: “Məndən tələb edirdilər, deyim ki, müxalifətlə Zaqataladakı radikal qruplar arasında əlaqə yaradırıam, burda insanları iğtişaşa qaldırmaq üçün fəaliyyət göstərirəm və s. Onlar tələb edirdi ki, əlaqə saxladığım adamların adını verim və s. Bir sözlə, məni üsyana hazırlığa iş birliyində günahlandırırdılar. Bunlar hamısı iftira idi, buna görə hamısını rədd etdim”.

 

“Sərhədpozma”

 

Yeddi gündən sonra Rəsulu yenidən döyüb, maşına salaraq başqa yerə aparırlar. O, artıq buranı tanıyır - Zaqatala baş sərhəd məntəqəsi: “Orda da məni döydülər, sonra isə üzümə gülə-gülə dedilər ki, Rəsul, sən sərhədi pozub Gürcüstana qaçırdın, biz də səni tutduq. İndi bunları səmimi etiraf et, izahatına yaz, işini güngül edək. Yazamasan, daha ağır maddələr səni gözləyir”.

Rəsul bu təklifdən də imtina edir, bildirir ki baş verənlər onun siyasi düşüncəsinə görədir.

Keçirilən bütün məhkəmə proseslərində onun gətirdiyi dəlilər eşidilmir, istintaq və məhkəmə əlbir olaraq gənc fəala qurama ittihamlar əsasında (sərhəd pozma maddəsi ilə ) il yarım cəza kəsirlər. Rəsul bu işi Avropa Məhkəməsinə çıxarmaq ərəfəsindədir.

 

Uğursuz zəhərləmə

 

Cəzaçəkmə müəssisəsindən danışan Mürsəlov deyir ki, orada məhkumların siyasilərə yüksək diqqəti olsa da, müəssisə rəhbərliyi qəddarlığı ilə seçilib. Dəfələrlə Rəsula qarşı təxribat hazırlanıb, hətta bir dəfə onu yeməklə zəhərləmək də istəyiblər, alınmayıb: “Yeməyin birinci qaşığından qəribə dad hiss elədim. Başımın üstündə də həmişə olmayan kimi çoxlu nəzarətçinin olması şübhəmi artırdı. Qaşıqla qabın dibindən yaşıl bir maddə tapdım. Onu götürüb qalxdım rəsi Nazim Kəngərlinin yanına. Dedim, indi də belə üsula əla atırsan, nədi bu zəhər? O da dedi hə, bu, zəhərdir, yəqin dustaqlar sənə qarşı təxribat hazırlayır, ona görə səni qorumaq üçün gərək karsa salım”.

 

Əfv ərizələri 

 

“Siyasi məhbuslara yönələn işgəncə metodlarından biri əfv ərizələridir. Mənimlə, eləcə də yəqin başqaları ilə ayda iki dəfə əfv yazmaq barədə söhbət aparılıb. Əfv ərizəsi almaq üçün hədə də gəlinir, dilətutma da olur. Bu, seçki vaxtı xüsusən aktuallaşır. Mənim atamı da bu işə qoşmaq istəyirdilər. Hamısına rədd cavabı verdim. Bu gün həbsdə olan vicdan məhbusu qardaşlarıma demək istəyirəm ki, onlar da hiyləyə düşməsinlər, bu mübarizə yoluna sədaqətli olmaq lazımdır”.

 

Davam...

 

“Həbsimlə məni mübarizədən çəkindirmək istəyənlər səhv etdilər. İl yarımlıq həbs məni daha da mətnləşdirdi. Prosesləri kənardan analiz etməyə, çoxlu oxumağa, ağır sınaqlardan keçməyə bir fürsət oldu bu həbs. Xeyli qeydlərim var, yaşadıqlarımla bağlı kitab da yazmağa qərarlıyam.

Mübarizəm əvvəlkindən daha sistemli və daha güclü olacaq. Buna heç kimin şübhəsi olmasın. Dərin inamım da var ki, tutduğumuz bu yol tezliklə bizi qələbəyə çatdıracaq”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ