SON DƏQİQƏ

PressDent.Info

Ərəbistan şeyx Nimiri narkobaron şahzadə ilə dəyişmək istəyir

Ərəbistan şeyx Nimiri narkobaron şahzadə ilə dəyişmək istəyir
2-11-2015, 19:45 17761 dəfə baxılıb

Səudiyyə Ərəbistanın Livandakı səfiri Beyrutun hava limanında 2 ton narkotik maddə ilə yaxalanan şahzadəni qurtarmaq niyyətindədir.

Səudiyyə səfiri Əli İvaz Əl-Əsiri Livan rəsmiləri ilə görüşdə 12 milyon ədəd psixotrop Kaptaqon (Captagon) həbləri ilə tutulan şahzədinin azad buraxılacağı təqdirdə Ərəbistanın şiə alimi şeyx Nimirin edam məsələsinə yenidən baxılacağını vəd edib.

Xatırladaq ki, 10 gün əvvəl Səudiyyə şahzadəsi Əbdülmöhsin bin Vəlid bin Əbdülmöhsin bin Əbdüləziz Ali Səudun külli miqdarda naroktik maddə ilə yaxalanması krallığın simasına ciddi zərbə vurub.

 Təbii ki, bu həcmdə narkotikin Ərəbistandan Livana daşınması, özü də qutuların üzərində birbaşa krallığa məxsus  etiketlərin yer alması təsadüfi xarakter daşımır.

Səudiyyənin təzyiqləri nəticəsində Livan hökuməti cinayət əməlinin detallarını açıqlamır. Ancaq təhlükəsizlik orqanlarından sızan bəzi məlumatlara əsasən adıçəkilən həblər Suriyada döyüşən terrorçu qruplaşmalara gətirilibmiş. Terrorçular bu həblərdən əməliyyatlarda, xüsusilə intihar hücumlarında istifadə edirlər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ