SON DƏQİQƏ

PressDent.Info

Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR

Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR
20-10-2015, 04:43 37262 dəfə baxılıb

Oktyabr ayının 18-i Avropa Demokratiyaya Dəstək Alyansının (ADDA) təşkilatçılığı ilə Almaniyanın Frankfurt şəhərində "Avropada yaşayan azərbaycanlıların I konfransı“ keçirilib.

 

QaynarXeber.Az saytının yazdığı xəbərə görə Konfrans iştirakçılarının səs çoxluğu ilə konfransa sədrlik ADDA-nın sədri Tural Sadıqlıya həvalə olunub. Konfransda miqrasiya məsələləri üzrə ekspert, hüquqşunas Əlövsət Əliyev, Frankfurt "Toplum" qəzetinin rəhbəri Mehmet Canpolad, tanınmış jurnalistlər Həbib Abdullayev (Müntəzir) və Yeganə Əmiraslanlı, Kəmalə Bənənyarlı, Tural Həsənzadə, Rəsul Mürsəlov və digər mahacirlər çıxışlar edib. Çıxışlardan sonra konfransın ikinci hissəsində təkliflər səslənib. Təkliflər əsasında müzakirələr aparılıb və sonda konfransın qətnaməsi qəbul olunub. Konfransın gəldiyi qərara əsasən „Avropada yaşayan siyasi mühacirlərin II konfransı“nın gələn ilin oktyabr ayının 16-da keçiriləcək.

 

Qəbul edilmiş qətnaməni təqdim edirik:

“Avropada yaşayan siyasi mühacirlərin I konfransı”nın

QƏTNAMƏSİ

Almaniya, Frankfurt şəhəri                                                                                             18 oktyabr 2015-ci il

 

“Avropada yaşayan siyasi mühacirlərin I konfransı”

Avropada azərbaycanlıların təşkilatlanması istiqamətində mövcud durumu müzakirə edərək, digər xalqların diaspor təşkilatları ilə əməkdaşlığın və təcrübə mübadiləsinin perspektivlərini araşdıraraq, Avropaya yeni gələn azərbaycanlı mühacirlərin inteqrasiyasına yardım üçün mövcud imkanlar barədə fikir mübadiləsi apararaq, Azərbaycanda mövcud ictimai-siyasi durumu təhlil edərək, Avropadan Azərbaycana ərazi bütövlüyü, demokratik prinsiplərin bərqərar olması və s. istiqamətdə dəstəyin mümkün variantlarını və təşkili yollarını müzakirə edərək, aşağıdakılar üzrə qənaətə gəlir:

 

1. Avropa ölkələrinə indiyədək mühacirət etmiş Azərbaycan vətəndaşlarının təşkilatlanma, gücə və söz sahibinə çevrilmə və ölkəmizin gələcəyi naminə koordinə edilmiş formatda fəaliyyət göstərə bilməsi hələ də problem olaraq qalır. Lokal və fərdi fəaliyyətlər isə istənilən nəticəni vermir. Nəzərə almaq lazımdır ki, Avropa ölkələrinə mühacirət etmiş Azərbaycan vətəndaşlarının koordinasiya edilmiş formatda fəaliyyət göstərməsi həm onların inteqrasiya prosesinin sürətlənməsinə, həm Azərbaycanın demokratik yönümdə inkişafı naminə diaspor fəaliyyətinin formalaşmasına gətirib çıxara bilər və biz ölkəmizin gələcəyi, o cümlədən, həm Vətənimizin ərazi bütövlüyü, həm də demokratik yönümdə inkişafı naminə daha effektiv fəaliyyət göstərmək imkanları əldə edə bilərik. Ona görə də təşkilatlanma sahəsində planlı fəaliyyət konfrans iştirakçılarının ümumi rəyinə uyğun olaraq təmin edilməlidir. Bu məqsədlə “Avropa Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiyasi Üzrə Işçi Qrup”u yaradılsin.

2. Avropada yaşayan digər xalqların diaspor və digər təşkilatları kifayət qədər təcrübəyə, gücə və mütəşəkkilliyə malikdir. Hətta Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlayan işğalçı ölkənin də mütəşəkkilliyi bizimlə müqayisədə qat-qat üstün durumda görünür. Mövcud durumu nəzərə alaraq, digər xalqlara məxsus oturuşmuş diaspor və digər təşkilatlarla əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşkili“ Avropa Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiyasi Üzrə Işçi Qrup”un intensiv və əsas fəaliyyət istiqamətlərindən biri hesab edilsin.

3. Azərbaycandakı mövcud ictimai-siyasi durum heç də ürkaçan deyil. Belə ki, ölkədəki fəal ictimai və siyasi fəallara qarşı qondarma əsaslarla total hücum və həbslər, eyni zamanda Azərbaycan hakimiyyətinin ölkə idarəçiliyində demokratiya prinsiplərindən imtina edərək, ABŞ və Avropa ölkələri ilə münasibətləri gərginləşdirməsi və bu fonda Rusiyaya üz tutması ölkənin gələcəyini, bəlkə də, müstəqilliyini sual altına qoya bilər. Ona görə də, Konfrans bu təhlükənin reallığını Azərbaycan iqtidarının nəzərinə, xüsusi olaraq, çatdırmağı məqsədəuyğun sayır.

4. Siyasi məhbusların ailələrinin maddi durumu nəzərə alınmalıdır və bu baxımdan mütəmadi olaraq onlara maddi dəstəyin təmin edilməsi üçün muvafiq tədbirlər görülsun.

5. Azərbaycan Respublikasının seçki qanunvericiliyinin anti-demokratik mahiyyəti və yalnız hakimiyyətin maraqlarına xidmət etməsi, eyni zamanda, 1993-cü ildən hal-hazıradək keçirilmiş seçkilərdə müşahidə edilmiş total qanun pozuntuların olması, hazırda demokratik seçki mühitinin olmaması və s. 1 noyabr parlament seçkilərinin də şəffaf və demokratik keçiriləcəyini bəri başdan şübhə altına alır.

6. Rusiyanın Azərbaycan müstəqilliyinə ciddi təhlükə mənbəyi olduğu nəzərə alınmalı və Rusiyanın Azərbaycana yenidən hərbi təcavüzü ehtimalını minumuma endirmək tədbirlərindən biri kimi, Rusiyanın təcavüzkar siyasətinin nəticəsi olan və xalqımıza qarşı törədilmiş 20 yanvar və Xocalı soyqırımları beynəlxalq səviyyədə daha keyfiyyətli təqdim və təbliğ edilməlidir. Bununla bağlı Rusiyanın Avropadakı diplomatik nümayəndəliklərinin qarşısında həmin günlərdə aksiyalar keçirilsin və bu istiqamətdə digər tədbirlər müəyyənləşdirilsin və reallaşdırılsın.

7. Avropa ölkələrinə yeni gəlmiş və hazırda yaşayan azərbaycanlıları bir araya gətirmək, Azərbaycanın ərazi bütövlüyü və ölkədə demokratik idarəçilik prinsiplərinin bərqərar olması istiqamətində fəaliyyət “Avropa Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiyasi Üzrə Işçi Qrup”un əsas prioritet vəzifəsi hesab edilsin, ölkəmizin demokratik inkişafı naminə Avropa ölkələrinin müvafiq dövlət orqanlarına təsir imkanlarının formalaşması üçün planlı fəaliyyət göstərilsin.

8. Konfrans lazım bilir ki, “Avropada Yaşayan Siyasi Mühacirlərin I Konfransı” adından Avropa dövlətlərinin müvafiq hakimiyyət orqanlarından, Azərbaycan hakimiyyətinin rəsmi qurumlarının korrupsiyaya bulaşmış, insan haqq və azadlıqlarına qənim kəsilmiş nümayəndələrinə və onların Avropa məkanında olan əmlaklarına sanksiyalar tətbiq edilməsi istənilməlidir.

9.  Aparılmış fikir mübadiləsinin nəticələrinə uyğun olaraq, müəyyən dövr üçün nəzərdə tutulan “Fəaliyyət Planı” hazırlansın və bu istiqamətdəki fəaliyyətlərdə pərakəndəlik aradan qaldırılsın. Bu baxımdan Avropada fəaliyyət göstərən Azərbaycan təşkilatları arasında əlaqələrin təmin edilməsində işlər görülsün.

10. “Avropada yaşayan siyasi mühacirlərin I konfransı”nın davamlılığı təmin edilsin və bu məqsədlə də “Avropada yaşayan siyasi mühacirlərin II konfransı” 16 oktyabr 2016-cı il tarixdə keçirilsin.

11. Konfrans hesab edir ki, Azərbaycanın Müstəqilliyinin bərpası haqqında Konstitusiya aktının ildönümü günündə – 18 oktyabr 2015-ci il tarixdə Almaniyanın Frankfurt şəhərində  keçirilən “Avropada yaşayan siyasi mühacirlərin I konfransı” kifayət qədər səmərəli və işgüzar şəraitdə keçdi və Avropa ölkələrində səmərəli diaspor fəaliyyətini təmin edən qurumun formalaşmasında xüsusi əhəmiyyətli addım kimi dəyərləndirilməlidir.

 

“Avropada yaşayan siyasi mühacirlərin I konfransı”

 

 

Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR
Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR
Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR
Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR

Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR
Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR
Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR
Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR
Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR
Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR
Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR
Avropada yaşayan siyasi mühacirlərin möhtəşəm konfransı oldu - FOTOLAR

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ