SON DƏQİQƏ

15:09 - Sumqayıt şəhər Tuq zavod yaşayış massivində fəaliyyət göstərən "STP - 3 Metaləritmə" zavodunda bu gün nöbəti dəfə partlayış olub. 4 - nəfər xəsarət alan var..

11:32 - Azərbaycan ordusu bizim milli sərvətimizdir.

17:00 - Sumqayıt Təcili Yardım Xəstəxanasında və Sumqayıt Polis İdarəsində Metaləritmə zavodunda baş verən ölüm hadisəsi haqqında heç bir məlumatları yoxdur?

12:26 - Səfa Şirinov kimi savadlı, bacarıqlı, gülərüz gənc kadırlara maksimal imkanlar yaradılaraq, patensial bacarıqlarından daha çox xeir götürmək olar...

17:22 - Azərbaycan Qran-prisinin kuboku Şuşa şəhərinə həsr olunub

17:18 - İlham Əliyev Putini təbrik etdi

17:16 - Lukaşenkonun oğlu Rusiyanı şoka saldı - VİDEO

17:13 - İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb

17:08 - Türkiyədə yaşayış binasında yanğın olub, ölən və xəsarət alanlar var

16:52 - Şoyqunun qızı azərbaycanlı məşhurun ad günündə: Görün nə hədiyyə etdi - "Dünyanın işləri"

16:48 - Maks Ferstappen ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub

16:43 - TƏCİLİ! Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu VƏFAT ETDİ

15:07 - 9 saylı “Yol İstismarı” MMC - nin müdürü İsmayılov Natiq: Azərbaycan ilk dəfədir ki ərazi bütövlüyünü əldə edən qalib kimi beynəlxalq səviyəli yarışlara ev sahibliyi edir.

13:13 - İranda 8 nəfərin barmağı kəsilə bilər

13:11 - Hüquqşünas İlham Aslanoğlu yenidən həbs edilib

PressDent.Info

Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildi

Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildi
19-10-2015, 23:45 45184 dəfə baxılıb

Eldar Mahmudov Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
 
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Prezidentin saytında dərc olunmuş həmin sərənсamın mətnini təqdim edir: 
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.
 
İlham Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 17 oktyabr 2015-ci il
 
*****
 
Qeyd edək ki, bu sərəncam prezidentin sonuncu sərəncamıdır. Nazirin yerinə hələlik kimsə təyin edilməyib. 
 
Eldar Mahmudovun yaxınlarda işdən çıxarılacağı ilə bağlı son vaxtlar siyasi dəhlizlərdə söyləntilər dolaşırdı. Bunun  əsas səbəbi kimi də sabiq nazirin qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin başçılığı altındakı bir qrupun ölkənin bank və maliyyə sektorunu çökdürməyə yönəlik əməlləri idi. Bu qrup ölkənin milli təhlükəsizliyi etibar edilmiş nazirə -  Eldar Mahmudova ən yaxın kadrlar idi və onun bu cinayətlər barədə prezidentə məlumat belə verməməsi çoxsaylı suallar doğururdu. Prezidentin son çıxışlarına dayanaraq, bu yaxınlarda hakim komandda ciddi dəyişikliklərin olacağını yazmışdıq. Bu, prezidentin də özünün bilavasitə dediyi kimi, cəzalandırma prosesidir və davamı olacaq. 
 
İddialara görə, hazırda haqqında daha çox danışılan nazir Ziya Məmmədov da Eldar Mahmudovla eyni qrupda təmsil olunur. 
 
 Başqa bir versiyaya görə isə, Eldar Mahmudov Qərb yönümlü məmurlardan olmaqla, ABŞ və İsrail xüsusi xidmət rəhbərləri  ilə əməkdaşlıq içərisində idi. Son vaxtlar ölkənin siyasi kursunun Rusiyaya yaxınlaşması bu cür mühüm postda Qərblə iç-içə olan birisinin qalmasını mümkün etməyib.
 
*****
 
Lakin bütün bu versiyaların tam tərsini iddia edənlər də var. Hətta bir sıra iddialara görə, Eldar Mahmudov prezidentin ən etibar etdiyi şəxsdir, özünə bağlıdır  və yaxın günlərdə ölkənin baş naziri təyin ediləcək.
 
Hətta tanınmış və məlumatlı ekspertlərdən biri musavat.com-un poçtuna "Prezident Eldar Mahmudovu gələn həftənin birinci günü baş nazir postuna təqdim edəcək", kimi cəsarətli iddia da yollayıb. Orada deyilir ki, E. Mahmudov heç bir qrupa aid deyil, oliqarx sayılmır, prezidentə ən sadiq və güvənilir kadrlardandır; onun bu cür vurulması mümkünsüzdür -  İlham Əliyev oliqarxiyanı zəiflədir və YAP ağırlıqlı hökumət qurur. Məhz belə bir məqamda baş nazir postu yenilənməlidir. Bu posta da E. Mahmudovdan layiqli kadr ola bilməz".   

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ