SON DƏQİQƏ

PressDent.Info

Aslan İsmayılov deputatlığa namizəd oldu

Aslan İsmayılov deputatlığa namizəd oldu
6-10-2015, 23:28 25071 dəfə baxılıb

 
"Viza" hüquq firmasının böyük hüquq məsləhətçisi, hüquqşünas Aslan İsmayılov deputatlığa namizədliyini irəli sürüb. 
 
A.İsmayılov 20 saylı Nərimanov ikinci seçki dairəsindən seçkiyə qatılıb. Dairə Seçki Komissiyası onun namizədliyini qeydə alıb.
 
20 saylı Nərimanov ikinci seçki dairəsində 8 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərdən biri hazırda Milli Məclisin deputatı olan Adil Əliyevdir. Hakim Yeni Azərbaycan Partiyası bu dairədən İbrahim Əsədovun namizədliyini irəli sürüb. O, Nərimanov rayon bələdiyyəsində aparıcı mütəxəssis işləyir. 
 

 

Klassik Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu da 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəddir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ