SON DƏQİQƏ

PressDent.Info

Putin əsrin çıxışını etdi - VİDEO

Putin əsrin çıxışını etdi - VİDEO
29-09-2015, 19:43 31084 dəfə baxılıb

Rusiyanın prezidenti Vladimir Putinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 70-ci sessiyasında dünənki çıxışı gözlənilən kimi bir sıra beynəlxalq və regional problemlərin aktuallığını artıq yeni gündəm müstəvisində qabartdı. 
 
Vladimir Putinin etdiyi bəyanatlar dünyada inkişaf edən iqtisadi proseslər və əsasən Yaxın Şərq regionunun ən qızğın nöqtəsi olan Suriyada bir neçə ildir davam edən vətəndaş müharibəsi ətrafında olsa da, Rusiyanın dövlət başçısının bəzi birbaşa və sətiraltı geosiyasi mesajları da diqqəti cəlb etdi.
 
Eyni zamanda, Putin, əlbəttə ki, bu gün  beynəlxalq aləmi ən çox narahat edən "İslam dövləti" təşkilatı ilə mübarizə strategiyasına dair baxışlarını xüsusi vurğuladı və burada növbəti dəfə dövlətlərarası əməkdaşlığın prinsiplərinə önəm verdi. 
 
Çıxış çərçivəsində Ukraynada baş verən hadisələrə də toxunuldu. Rusiya Federasiyasının prezidenti Minsk razılaşmalarının vacibliyini qeyd edərək, sülhpərvər cağırışlar etdi. Putin qısaca olaraq beynəlxalq, regional və milli təşkilatların qarşısında duran məsələlərə vaxt ayırdı və sonda BMT daxilində gələcək planların çözülməsi istiqamətində birgə çalışmaların perspektivlərinə aid fikirlərini bildirdi.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ