SON DƏQİQƏ

PressDent.Info

Jurnalistin evində axtarış

Jurnalistin evində axtarış
21-09-2015, 16:36 37341 dəfə baxılıb

Sentyabrın 21-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları PressDent.info ilə əməkdaşlıq edən jurnalist Faiq Hüseynovun yaşadiğı mənzildə axtarış aparıblar.

Təqdim olunan məhkəmə qərarında axtarışın Polis Polkovniki X.Zeynalovun bölməyə izahat verməyə gəlməməsi ittihamları ilə bağlı olduğu göstərilib.

Axtarışın gedişində mənzildə olan texniki avadanlıq – kompüter, kamera,  mobil telefon, eləcə də  sənədlər götürülüb. 

Axtarış aparılan zaman mənzildə Faiq Hüseynov özü yox, ailə üzüvləri olub.

Axtarışdan sonra ailə üzüvləri dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb. Onlara  Faiq Hüseynovun harada olmasını, necə pul qazanması və s. bənzər suallar verilib. Cinayətlərə dair İşlər üzrə 16 dekabrda  İstintaq İdarəsinə çağrıldığını Faiq gəlmədiyini söyləyiblər.

PressDent.info nun baş redaktoru Ə.Babayev Faiq Hüseynovun yaşadiğı mənzildə hücumu pisləmiş, Azərbaycan hakimiyyətini Faiq Hüseynovdan qisas almaqda suçlamış və bu addımı Faiqi susdurulmasına yönələn qəddar münasibətin tərkib hissəsi adlandırmışdı.

Hazırda PressDent.info nun əməkdaşı Faiq həbs olunma təhlükəsini nəzərə alaraq ölkəni tərk etmişdir. O, Polis əməkdaşlarınln dağırışın, əmrini yerinə yetirmədiyinə görə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə  təqsirli bilinərək cinayet işi qaldırılmışdır. Əksər beynəlxalq qurumlar və müstəqil şərhçilər bu cinayet işini qanunsuz sayır.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ