SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

Deputatlığa iddialı qadınlar...

Deputatlığa iddialı qadınlar...
19-09-2015, 17:35 30996 dəfə baxılıb

Builki parlament seçkilərində qadın iddiaçılar kifayət qədər aktiv görünürlər. Onlar arasında namizədliyi qeyd alınan da var. Digərləri arasında imzatoplama kampaniyasını başa çatdıran da var, davam etdirən də.
 
ATƏT-in ölkəmizdəki seçkilərə müşahidəçi göndərməmək qərarından sonra, digər nüfuzlu xarici təşkilatların da bu cür qərar qəbul edəcəkləri barədə xəbərlər yayılıb. Bunların fonunda seçkilərdə iştirak edəcək siyasi qurumların seçkiöncəsi boykot qərarı verəcəkləri şayiələri dolaşır.
 
Maraqlıdır, qadın iddiaçılarımız sona qədər seçkilərdə iştirakda israrlıdırlarmı? Son durum, ümumi vəziyyətlə bağlı onlarla söhbət etdik.
 
Müsavat Məclisinin sədri, partiyanın 29 saylı Səbail Seçki Dairəsindən namizədi Nüşabə Sadıxlı imzatoplama kampaniyasının uğurla getdiyini söylədi: "Seçki dairəmdə imzatoplama kampaniyası gedir. Hələ tam işlər başa çatmayıb. Namizədliyimi geri götürmək barədə düşünmürəm. Partiyanın da bu barədə qərarı yoxdur. Belə qərar qəbul etmək tək məndən asılı deyil. Çoxlu pozuntular, təzyiqlər olacaqsa, boykot qərarı istisna deyil. Hər şey proseslərdə özünü göstərəcək. Amma hələ tərəddüd etmirəm".
 
Ümid Partiyasının 17 saylı Yasamal III seçki dairəsindəki namizədi, 125-lər Siyasi Klubunun sədri İlhamiyyə Rza seçkilərdə sona qədər iştirak etməkdə qərarlı olduğunu bildirdi: "Seçkiləri boykot etməklə bağlı 125-lər Siyasi Klubunun sədri olaraq, belə şayiələri əsassız hesab edirəm. Belə bir məlumat yoxdur. Tərəddüd etmirik, geri çəkilmək fikrimiz yoxdur. YAP-ın siyahısı açıqlanandan, bəzi namizədlərin adı məlum olandan sonra müəyyən tərəddüdləri gözləmək olardı. Amma bu baş vermədi. Çünki namizədlərimiz kifayət qədər əzmlidirlər. Qələbələrinə inanırlar. Şəxsən mən hazırda imzatoplama mərhələsindəyəm. Mənə qarşı indiyə qədər heç bir təzyiq filan göstərilməyib. Göstərilsə, birinci özüm xəbər verərəm. İnsanlarla tanış olduqca, görürsən ki, nə qədər problemlər var. Bu insanların sosial problemləri bir tərəfə, seçki ilə ciddi problemlər var. İnsanların seçkiyə inamsızlıqları var. Dairəmdə olan ikinci əsas problem qeydiyyatda olan seçicilərin oradan köçmələridir. İnsanların adı siyahıda var, özləri yoxdur. Əhalinin böyük qismi yoxdur. Bunlar səsverməyə gələcəklərmi? Seçki məntəqəsinin yaxınlığında yaşayan insanlar var ki, seçkilərə gəlməyəcəklərini bildirirlər".
 
Ümid Partiyasının və 125-lər Siyasi Klubunun 95 saylı Tərtər seçki dairəsindən olan namizədi Tamilla Qulami imzatoplama kampaniyasını bitirdiyini qeyd etdi: "Seçkiyə qatılmaqla bağlı heç bir tərəddüdüm yoxdur. Ümid Partiyası və "125-lər" Siyasi klubu olaraq, artıq seçki ilə bağlı 2 ilə yaxındır işləyirik. Ona görə də, artıq seçkilərdə bizimlə birgə işləyən komandamız da hazırdır, iş bölgülərini etmişik. Mən də artıq 3 gündür ki, imzalarımı toplayıb bitirmişəm, Bu günlərdə dairəyə təqdim edəcəyəm. İmzatoplamada da şəxsən özüm iştirak etdim. Demək olar ki, imzalarım dairəmin hər tərəfini əhatə etdi. Seçki ilə bağlı çətinliklər budur ki, insanlar qətiyyən seçkiyə inanmır. Getdiyim bütün şəhər küçələrində, kəndlərində ən çox zamanı insanlarla işləməyə həsr edirdik, bacardığımız qədər onları seçkiyə inandırmaq əsas məqsəd idi. Seçicini inandırmalısan ki, seçkiyə gəlməsə, onun səsi rahat şəkildə oğurlanacaq. Seçkidə saxtakarlığın olmasının əsas səbəblərindən biri də seçkiyə qatılmayan Azərbaycan seçicisidir. İndiyədək millət vəkili olmuş, dairələrdə məmur işləmiş, etimadı doğrultmayan, işlərinə, vəzifələrinə vicdanla yanaşmayan insanlara görə bu gün biz gənclər çox əziyyət çəkirik. İnsanlar adamın üzünə qapı açmaq istəmir. "İndiyədək bizə nə etmişdilər ki, siz də edəsiniz", "artıq seçilən seçilib" kimi yanaşmalar var. Seçkiyə qatılmaqla bağlı tərəddüdüm yoxdur, sonadək gedəcəyəm. Rəqiblərlə bağlı şansı düşünən olsaq, seçki abı-havasına uysaq, o zaman gərək heç seçkilərə qatılmayaq. Bizə düşən vəzifə də Azərbaycan seçicisində seçkiyə inamı yaratmaq, onlarla birgə işləməkdir. Bu gün seçkini boykot edənlər anlamalıdır ki, ortada heç bir proses olmasa, rəqabət olmasa, nəyin katalizatorluğunu etməliyik? Ölkəmizdə hər şey rahat olsaydı, nə var idi ki? Yenə deyirəm, seçki prosesini boykot etmək olmaz. İnsanları seçkiyə inandırmaq lazımdı. Hər kəs 1 nəfər kimi seçkiyə qatılıb səsini versə, namizəd də öz səslərini qorumaq üçün komandasını formalaşdırsa, düşünürəm ki, nəyəsə nail olmaq olar".
 
Ümidin və 125-lər Siyasi Klubunun 92 saylı Zərdab-Ucar seçki dairəsindən olan namizədi Günel İbadovanın artıq namizədliyi qeydə alınıb. G.İbadova seçkilərdən geri çəkilmək fikrində olmadığını diqqətimizə çatdırdı: "Zərdabdan ilk olaraq, mənim namizədliyim təsdiq olunub. Heç bir problemim yoxdur. Seçki prosesində necə olacaqsa, zaman göstərəcək. Mənə partiyamızın üzvləri ciddi dəstək oldular. Onların sayəsində imzalarımı rahat şəkildə topladıq. Seçicilərlə söhbət zamanı etimadlarını qazanıb, imzalarımı topladım. Yola çıxanda, qərar almışıq, niyə də tərəddüd etməliyik? Partiya funksioneriyəm. Partiya tərəfindən xüsusi bir göstəriş olmasa, geri çəkilmək fikrində deyiləm".
 
125-lər Siyasi Klubunun 21 saylı Nəsimi seçki dairəsindəki namizədi Günel Səfərova seçkilər demokratik keçirilsə, qələbə qazanacağına inanır: "Seçkidə iştirakla bağlı heç bir tərəddüdüm yoxdur. Dairəmdə uzun zamandır araşdırma etdiyim üçün problemləri yaxşı bilirəm. İmzalarımı təqdim etmişəm. Seçkilərdə şəffaflıq təmin olunsa, nəticəsi mənim lehimə olacaq. İndidən bir qənaətə gəlmək tezdir. İşlərimizi davam etdiririk".

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ