SON DƏQİQƏ

PressDent.Info

Ziya Məmmədovun qardaşı: "...yəqin namizədliyimi verəcəm"

Ziya Məmmədovun qardaşı:
19-09-2015, 17:34 16827 dəfə baxılıb

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov bu il keçiriləcək parlament seçkilərindən kənarda qalması haqqında yazılan məlumatlara aydınlıq gətirib.
 
O, aznews.az-a açıqlamasında bildirib ki, parlament seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyinə gələn həftə qərar verəcək: “Əgər seçkidə iştirakla bağlı qərarım qətiləşsə, gələn həftə sənədlərimi dairə seçki komisiyasına təqdim edəcəm. Hələ vaxta var”.
 
Deputat bildirib ki, seçiciləri ilə görüşəndən sonra qərar verəcək: "Gələn həftə müəyyən görüşlərim olacaq. İlk növbədə seçicilərimlə. Əgər seçicilərim israr etsələr ki yenidən onların vəkili olum, onda yəqin namizədliyimi verəcəm".
 
Qeyd edək ki, Elton Məmmədov 91 saylı Ucar seçki dairəsindən seçilib. Hazırda isə həmin dairədən Yeni Azərbaycan Partiyasının dəstəklədiyi Vüsal Hüseynovun namizədliyi irəli sürülüb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ