SON DƏQİQƏ

PressDent.Info

Rasim Əliyevin atası Sabir Rüstəmxanlını utandırıb

Rasim Əliyevin atası Sabir Rüstəmxanlını utandırıb
17-09-2015, 22:10 25949 dəfə baxılıb

Bu gün jurnalisr Rasim Əliyevin qətlindən 40 gün keçir. O, avqustun 8-də vəhşicəsinə döyülüb və Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib, bir gün sonra burada dünyasını dəyişib.

İş üzrə altı nəfər, o cümlədən “Qəbələ” futbol klubunun futbolçusu Cavid Hüseynov və onun əmisi oğlu həbs olunub. Məhz facebook-da tənqidə görə Əliyevi hədələyiblər, daha sonra onu barışıq bəhanəsi ilə görüşə çağırıblar və döyüblər.

Hüseynova hücum edənlərin həbs edilməsinə baxmayaraq, səhlənkarlıq göstərib jurnalistin daxili qanaxması ilə əlaqədar tədbir görməyən həkimlərdən heç biri hələlik məsuliyyətə cəlb edilməyib.

Bu gün səhər jurnalistin doğmaları, dostları, həmkarları onun məzarını ziyarət ediblər. Daha sonra “Yeni Günəşli” yaşayış massivində yas mərasimi keçirilib.

Əliyevin dostları və doğmaları qətlin məişət zəminində cinayət kimi qələmə verilməsi, Rasimin jurnalist işinin alçaldılması cəhdlərindən qəzəbləniblər.

Belə ki, bu yaxınlarda parlamentin iclasında “Vətəndaş Həmrəyliyi” Partiyasının lideri Sabir Rüstəmxanlı Avropa Parlamentinin “qeyri-obyektiv” qətnaməsinə qəzəblənərək bildirib ki, sənəddə Rasim Əliyev “yanlış olaraq” jurnalist kimi təqdim edilib, çünki o, yalnız “operatordur”.

Mərhumun atası Məmmədəli Əliyev bu məsələ ilə bağlı təəssüfünü bildirib. “Mənim onlara bir kəlmə sözüm var. Rasim neçə illər idi jurnalist idi. Jurnalist kimi fəaliyyət göstərirdi. Həm də reportyor kimi. O, əsl peşakar jurnalist olub. Çox heyfslənirəm. Əvvala gedib sənədlərə baxsınlar. İş vəsiqəsində o adam jurnalist idi”, deyə M.Əliyev bildirib.

Ata yenidən hakimiyyəti və hüquq-mühafizə orqanlarını Rasimin ölümünü obyektiv araşdırmağa və bu cinayətdə əli olan hər kəsi cəzalandırmağa çağırıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ