SON DƏQİQƏ

PressDent.Info

İctimai Televiziyanın qarşısında etiraz aksiyasının iştirakçılarını polis saxladı

İctimai Televiziyanın qarşısında etiraz aksiyasının iştirakçılarını polis saxladı
24-05-2012, 18:09 17089 dəfə baxılıb

 

Mülki geyimli polis əməkdaşları İctimai Palatanın saat 13.00-a İctimai Televiziyanın qarşısına təyin etdiyi piketə maneçilik törədib. Aksiyadan bir neçə saat əvvəl İTV-nin binasının ətrafı və “İnşaatçılar” metro stansiyasının çıxışı polisin nəzarətində olub.

Müxalifət fəalları İTV-nin binasına yaxınlaşmaq istəyərkən onları tutub polis maşınlarına əyləşdiriblər. 20-yə yaxın adam, o cümlədən AXCP sədrinin müavini Asəf Quliyev  ADP üzvləri Qasımova Günay, Azər Sadıxov, Osman Əhmədovda saxlanılıb. O, Yasamal Rayon Polis İdarəsinə aparılıb. Polis aksiya iştirakçılarına qarşı qəddarlıq törədiblər. Aksiya zamanı Musavat başqanı müavini Tofiq Yaqublunun iki qızı- Nigar və Nərgiz də saxlanılıb. Tofiq Yaqublu özü isə, səhər Suraxanı Rayon Polis idarəsinə aparılıb. Musavat Partiyası rəhbərinin digər müavini, Gülağa Aslanlı saxlanılıb. Aksiya zamanı təsadüfən “aksiyanı gördüyünü və dərdini danışdığını” deyən Əliyev Səlahəddin də polisə aparılıb.

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov bu barədə “məlumatların doğru olmadığını” bildirib:  “Bu barədə bizdə məlumat yoxdur. polisin hər hansı təşkilatın icazəsiz aksiya keçirməsinə imkan verməyəcək və onlar İdarəyə dəvət edilərək xəbərdarlıq ediliblər.  Umumiyyətlə, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir və polis buna imkan verməyəcək”.

Etirazçılar qətnaməni oxuya bilməsələr də, İP Mətbuat Mərkəzi aksiyanın baş tutduğunu elan edib.

Qətnamə polis tərəfindən alınıb.

Aksiya Eurovision-2012 Mahnı Müsabiqasi zamanı Bakıya gələn xarici jurnalistlər tərəfindən də lentə alınıb.

Piket İTV-nin siyasi plüralizmi, ifadə azadlığını pozmasına etiraz olaraq keçirilib. Müxalifət hesab edir ki, “Eurovision”un təşkilatçılarından biri olan İTV Avropa Yayım Birliyinin ifadə azadlığı haqqında prinsiplərini pozur.

 

Həbs olunanlarla bağlı AXCP-nin təqdim etdiyi siyahısı isə aşağıdakı kimidir:

 

Fuad Qəhrəmanlı –AXCP 10 sutka azadlıgdan məhrum 

Gözəl Bayramlı – AXCP 6 sutka azadlıgdan məhrum 

Qasımova Günay – ADP 10 sutka azadlıgdan məhrum 

Kərim Kərimli – Müsavat Partiyası 15 sutka azadlıgdan məhrum 

Ramiq Nuriyev – Müsavat Partiyası 15 sutka azadlıgdan məhrum 

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ