SON DƏQİQƏ

PressDent.Info

Azərbaycan Fransa televiziyasını məhkəməyə verir

Azərbaycan Fransa televiziyasını məhkəməyə verir
11-09-2015, 18:25 27514 dəfə baxılıb

Giorgi Lomsadze və Elizabeth Owen Azərbaycanın Fransa televiziyasını məhkəməyə vermək planlarından yazırlar.

Səbəb «France 2» televiziyasının araşdırmasında Azərbaycan hökumətinin «diktatura», prezident İlham Əliyevin isə «despot» adlandırılmasıdır.

Müəlliflər yazır ki, Azərbaycanda insan haqlarının durumunu sual edən televiziya proqramı efirə ölkə üçün elə də əlverişli vaxtda getməyib. İyunda Avropa Oyunları keçirmiş Azərbaycan indi də 2024-cü il Yay Olimpiadasına ev sahibliyi üçün müraciəti götür-qoy edir. Son tarix sentyabrın 15-dir.

«Cash Investigation» proqramının araşdırmasının Bakının qərarına təsirini real saymayan müəlliflər Bakının Heydər Əliyev Fondu vasitəsilə Fransa üçün pullu donor olduğunu da yada salır.

«Bu, Azərbaycanın «Cash Investigation» ilə ilk qarşıdurması deyil. 2014-cü ilin mayında prezident François Hollande-nın Azərbaycana səfərindən sonra müxbirləri Laurent Richard və Emmanuel Bach ölkədən qovulub, çəkdikləri isə Bakı aeroportunda müsadirə olunub».

«Müxbirlər bunu «prezident Əliyevin zarafatı» adlandırıblar, ancaq deyəsən, son gülən yaxşı gülər. Həmin görüntülərin nüsxəsi 7 sentyabr buraxılışında yer alıb».

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ