SON DƏQİQƏ

PressDent.Info

Gənc fəal Orxan Cumayev oğurlanıb?

Gənc fəal Orxan Cumayev oğurlanıb?
21-09-2013, 07:32 21003 dəfə baxılıb

ADP üzvü və eyni zamanda partiyanın həbsdə olan Gənclər Təşkilatı sədrinin müavini, siyasi məhbus "Rəsul Mürsəlovun Hüquqlarını Müdafiə Komitəsi" fəalı Orxan Cumayev dünən evindən mülki geyimli polislər tərəfindən oğurlanıb. Onun hansı səbəbdən və hansı qürum tərəfindən saxlanılması bildirilməyib və zorakılıqla maşına mindirilərək aparıldığını deyən yaxınları, bunun O.Cumayevin siyasi fəaliyyəti ilə bağlı olduğunu düşündüklərini bildiriblər.

Gənc fəalın oğurlanmasından 1 gün keçsədə onun harada saxlanılması haqda məlumat almaq mümkün olmayıb.

 

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidməti ilə əlaqə saxlasaqda, məlumatı təkzib etdilər və onlarda belə bir adamın saxlanıldığı haqda məlumatın olmadığını bildirdilər.

 

Partiya Gənclər Təşkilatı sədri Cəmil Hacıyev açıqlamasında olayla bağlı diplomatik korpusa xəbər veriləcəyini və hüquqi hər addımı atacaqlarını bildirdi.

Qeyd edək ki, bu ilk belə hal deyil. Siyasi fəalların oğurlanması praktikası dəfələrlə yaşanmış və sonda oğurlanan fəalın hansısa polis şöbəsində saxlanıldığı və ya məhkəmə qərarı ilə inzibati həbs edildiyi ortaya çıxmışdır.

 

Pressdent.info

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ