SON DƏQİQƏ

PressDent.Info

Əliyev Rəsizadəni ölənə qədər əvəzləmək istəmir

Əliyev Rəsizadəni ölənə qədər əvəzləmək istəmir
30-08-2015, 03:42 28651 dəfə baxılıb

Ölkə başçısı hakimiyyət daxilində baş nazir postu uğrunda mübarizənin kəskin xarakter almasından ehtiyatlanıb

Iqtidar daxilində baş nazir uğrunda savaşın dərinləşməsi ölkə başçısı Ilham Əliyevi də narahat etməyə başlayıb. Hakimiyyət daxilindəki mənbənin redaksiyamıza sızdırdığı məlumata görə, ölkə başçısı bu savaşın getdikcə məcradan çıxdığı və artıq bütövlükdə iqtidar komandası üçün ciddi təhlükə yarandığının fərqindədir. Bu baxımdan Ilham Əliyev hazırki baş nazir Artur Rəsizadəni əvəzləməmək qərarına gəlib.

Məlumatda bildirilir ki, bir neçə gün əvvəl Nazirlər Kabinetinin azpolitika.info-ya verdiyi müsahibədə Artur Rəsizadə barədə dedikləri də təsadüfi deyil. Xatırladaq ki, Akif Əli bu il 80 yaşını qeyd edən baş nazirin tamamilə sağlam olduğunu, hətta yaddaşının çox cavandan da möhkəm olduğunu bildirib. O, “Yəqin imkan düşəndə Artur Rəsizadə ilə səmimi söhbət edirsiniz. Baş nazir kimi özü işləməkdə davam etmək fikrindədirmi?” sualına cavabında isə deyib: “Şəxsən mən problem görməmişəm və işində davam edir. Allah nə qədər məsləhət bilsə, o qədər də davam edəcək”.

Beləliklə, Akif Əli Artur Rəsizadənin ölənə qədər baş nazir olacağına işarə vurub. Mənbəmiz bildirib ki, bu Akif Əlinin subyektiv mövqeyidir. Məhz ölkənin birinci şəxsi bu fikirdədir və əslində Akif Əlinin dedikləri baş nazir postu uğrunda mübarizə aparan məmurlara mesajdır.

Məlumat üçün deyək ki, baş nazir uğrunda mübarizə aparan məmurların sırasında xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov və neft şirkətinin prezidenti Rövnəq Abdullayevin adı çəkilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ