SON DƏQİQƏ

10:38 - Fürsət düşən kimi hakimiyyəti idarə edənlər xalqa əsl üzlərin göstərillər.

13:46 - Beynəlxaql bankda müştəri hüquqları qorunmur.

16:40 - Salyan rayon ictimayyəti baş sağlığı verdi.

12:35 - Binəqədi sakinləri Rayon İcra Hakimiyyətinin başçısından narazılıq etdilər.

16:17 - Mədən hasilatı sənayesində dövlət və özəl şirkətlərin fəaliyyətinin effektliyi, beynəlxalq və yerli təcrübə, vətəndaş rəyi.

18:05 - Azərişıq ASC-nin Salyan filialinda nələr baş verir?

17:43 - 2017-ci il sentyabr ayının 14 də imzalanan sazişdə, yerli və Beynəlxalq şirkətlərin iştirakçılığında bərabər imkanlar haqqında.

09:10 - Mədən Hasilatı Sənayesində yerli şirkətlər və onların benefisiarları.

08:36 - Vətəndaşların təbii sərvətlərdən yararlanması və mədən hasilatı şirkətlərin benefisiarina çevrilmə prosessi.

08:23 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

15:28 - “Azərsu” Açıq Səhmdar Cəmiyyətində səmərəli idarəçilik ilğım kimidir.

14:29 - “AZAL Qapalı Səhindar Cəmiyyətinin” fəaliyyətini prezidentdə tənqid edib.

09:00 - Naməlum milyonçunun aldığı kasıb bazarında nə baş verir... - (Fotolar)

00:20 - Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

18:04 - Masazır Bələdiyyəsinin qoçuları yazıçını qanına qəltan etdi

PressDent.Info

İsa Qəmbər deputatlığa namizədliyinə irəli sürəcək - SİYAHI

İsa Qəmbər deputatlığa namizədliyinə irəli sürəcək - SİYAHI
30-08-2015, 01:57 34212 dəfə baxılıb

Bu gün Müsavat Partiyasının növbədənkənar Məclisi parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib. 

Məclisin iclasında seçki qərargahının rəhbəri Gülağa Aslanlı partiyanın rayon təşkilatları tərəfindən namizədliyi irəli sürülməsi razılaşdırılmış namizədlərin adları açıqlanıb. 
 
Müsavat Partiyasının 30-a yaxın dairədən deputatlığa namizədləri yoxdur. Eyni zamanda partiyanın Naxçıvan Muxtar Respublikasındakı 7 seçki dairəsində də namizədləri yoxdur. 
 
Rayon təşkilatlarının razılaşdırdığı namizədləri Məclisdə səsverməyə çıxarılaraq təsdiqlənib. Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin 15 saylı Yasamal Birinci Seçki Dairəsindən, 33 saylı Xətai Birinci Seçki Dairəsindən Müsavat Partiyasının başqanı Arif Hacılı namizəd olub. 123 saylı Kəlbəcər Seçki Dairəsindən Azərbaycan Milli Demokrat Partiyasının sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidovun namizədliyi dəstəklənib. 29 saylı Səbail  Seçki Dairəsindən Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlı, 46 saylı Şirvan Seçki Dairəsindən Müsavat başqanının müavini  Elman Fəttah, 50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki Dairəsindən Səxavət Soltanlı namizəddirlər. 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu, 8 saylı  Binəqədi Birinci Seçki Dairəsindən Arzu Səmədbəyli, 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən Rafiq İsmayıl, Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli,  43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən İkram İsrafil, 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən Məclis üzvü Vəfa Cümşüdlü, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən Məclis üzvü Nəsiman Yaqublu olublar. 
 
Müsavat başqanının həbsdə olan müavinlərinin də partiyanın deputatlığa namizədlərinin olması səsverməyə çıxarılıb və qəbul edilib. Tofiq Yaqublu 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən deputatlığa namizəd olub. Müsavat başqanının digər həbsdə olan iki müavininin namizəd olduğu dairələrdən isə faktiki ikinci namizədlər olub. Beləliklə, Yadigar Sadıqlı Lənkəran Seçki Dairəsindən namizəd olub, bu dairədən partiyanın ikinci namizədi Mikayıl Əsədovdur. 121 saylı Laçın Seçki Dairəsindən namizəd Müsavat partiyası başqanının həbsdə olan müavini Fərəc Kərimli, faktiki namizəd isə onun atası Rafiq Kərimli olub. Müsavat Partiyasının 67 saylı Cəlilabad Cəlilabad Şəhər Seçki Dairəsindən, 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən və 108 saylı Ağstafa Seçki Dairəsindən də iki namizədi var. Bu dairədən Müsavat Partiyası Divanın üzvü Balaşxanım Abbasova və rayon təşkilat komitəsinin sədri Ayvazalı Orucov namizəddirlər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ